Zülfüqar Zülfüqarov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Z'''Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu''' (3 dekabr, 1913 - 9 iyul, 1992) - Azərbaycan SSR EA-nın müxbir üzvü, kimya üzr...' ilə yarat) tərəfindən edilmiş 00:30, 21 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu (3 dekabr, 1913 - 9 iyul, 1992) - Azərbaycan SSR EA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor.

Zülfüqar Zülfüqarov
Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov
Zülfüqar Zülfüqarov
Doğum tarixi 3 dekabr 1913(1913-12-03)
Doğum yeri Şəki rayonu
Vəfat tarixi 9 iyul 1992(1992-07-09)
Vəfat yeri Bakı
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Kimya
İş yeri Qeyri-üzvi və Fiziki Kimya İnstitutu
Elmi dərəcəsi Kimya elmləri doktoru
Elmi adı Professor
Təhsili Bakı Sənaye Universiteti
Atası Hüseynqulu

Həyatı

  • 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olub. Onun uşaqlığı, məktəb illəri və gəncliyi də Şəkidə keçmişdir.
  • 1916-ci ildə atası vəfat etdikdən sonra o, iki qardaşı və bacısı ilə anasının himayəsində qalmışdır.
  • 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib.
  • 1938-ci ildə SSSRİ EA-nın Azərbaycan filialının kimya institutunda aspirant olmuşdur.
  • 1939-cu ildən SSRİ EA-nın Azərbaycan Filialının Kimya institutunun fiziki kimya Labaratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. Daha sonralar Azərbaycan EA-nın qərarı ilə fiziki-kimya ixtisası üzrə "baş elmi işçi" adı təsdiq edilmişdir və labaratoriyanın rəhbəri seçilmişdir.
  • 1941-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını alıb, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
  • 1958-ci ildə SSRİ AAK-nın qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsi təsdiq edilmişdir. Azərbaycan Kimya jurnalı redaksiya heyətinin üzvü olub.
  • 1968-1970-ci illərdə Azəbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1970-1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1983-cü ildən ömrünün axırına kimi QÜFKİ-də laboratoriya müdiri olub.
  • Vəfatından sonra onun adı həyatı boyu sevdiyi gözəl vətəni - Şəki şəhərində yeni salınmış küçəyə verilmiş, əbədiləşdirilmişdir.[1]

Elmi fəaliyyəti

Z.Zülfüqarovun elmi fəaliyyəti respublikada güclü potensial ehtiyatlara malik olan mineral xammalın - alümosilikatların, seolitlərin, bentonit gil minerallarının və digər mürəkkəb oksid sistemlərin neft fraksiyalarının emalında katalizator və adsorbent kimi işlənilməsi istiqamətinə yönəlib. Bu tip katalizator və adsorbentlərin hazırlanma şəraitinin təkmilləşdirilməsi nəticəsində alim onların fiziki-kimyəvi xassələri, səthlərinin kimyəvi təbiəti ilə katalitik və uduculuq qabiliyyətləri arasındakı qarşılıqlı əlaqənin təbiətini öyrənmiş, konkret korrelyasiya qanunauyğunluqlarını aşkar etmişdir. Alimin əldə etdiyi elmi nəticələr onun «Krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə sintez şəraitinin təsiri», "Azərbaycan bentonit gillərinin və qumbrinin fiziki-kimyəvi xassələri və ağardıcı qabiliyyətlərinin tədqiqi", “Modifikasiya olunmuş Y-tipli seolitlər əsasında heterogenləşdirilmiş katalizatorlar” və bir çox başqa əsərlərində öz əksini tapıb.[1]

Beynəlxalq konfranslarda iştirakı

  • 1962-ci il Moskvada sənaye prosesləri üçün katalizatorların seçilməsi və hazırlanmasına həsr edilmiş ümumittifaq müşavirəsinin iştirakçısı.
  • 1960-cı il Makromolekulyar kimya sahəsində simpozium.
  • 1964-cü ildə III kataliz konqresinin iştirakçısı (Amsterdam).
  • 1967-ci ildə "Qeyri-üzvi və fiziki-kimya sahəsində tədqiqatlar və onların kimya sənayesində rolu" konfransı.
  • 1967-1969-cu illərdə Ümumittifaq IV heterogen Kataliz konqresinin iştirakçısı (Moskva).
  • 1973-cü ildə "Oksidləşmə heterogen kataliz"ə həsr edilmiş elmi konfransda təşkilat komitəsinin üzvü.
  • "Elmin tarixi" IV Qafkaz konfransı.
  • 1975-ci ildə "Mechanisms of hydrocarbon reactions"(Siofok, Hungery, Budapest) simpoziumu.
  • 1976-cı ildə II Qafqaz konfransı.
  • 1979-cu ildə Neft kimyasının aktual problemlərinə həsr edilmiş İkinci Ümumittifaq seminarı.
  • 1980-ci ildə "Yod və bromun kimya və texnologiyası ümumittifaq müşavirəsində (Aşqabad) iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
  • 1980-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə dördüncü Qafkaz konfrası.
  • 1981-ci ildə BVM iştirakçısı vəsiqəsini (№484560) almışdır.
  • 1981-ci ildə "Seolitlərin katalizdə tətbiqi" İkinci Ümumittifaq konfransı.
  • 1982-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə Beşinci Qafqaz konfransında təşkilat komissiyasının sədri.(Bakı).
  • 1984-cü ildə "Qazların katalitik Üsulla kükürdsüzləşdirilməsi" İkinci Ümumittifaq müşavirəsi.
  • 1985-ci ildə "Seolitlərin katalizdə tətbiqi" Üçüncü Ümumittifaq konfransı.(Moskva);
  • 1985-ci ildə "Təbii seolitlər" dördüncü Bolqar-Sovet simpoziumu.

Nailiyyətləri

400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 monoqrafiyanın müəllifidir. Z.Zülfüqarovun rəhbərliyi ilə 7 elmlər doktoru, 47 fəlsəfə doktoru yetişdirilib.

Mükafatları

Z.Zülfüqarov II dərəcəli Vətən Müharibəsi ordeni və 16 müxtəlif medallarla təltif olunub, 2 dəfə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı və Azərbaycan SSR-nin “Əməkdar Elm xadimi” adına layiq görülüb:

  • 1944-cü ildə «Qafqazın müdafiəsi» medalı ilə təltif olunub.
  • 1945-ci ildə «Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» medalı ilə təltif olunub.
  • 1952-ci ildə «Əmək rəşadətinə görə» medalı ilə təltif olunub.
  • 1965-ci ildə «1941-1945-ci ildə qələbənin 20 illiyi» medalı ilə təltif olunub.
  • 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100-illiyi münasibəti ilə «Fədakar əməyə görə» yubiley medalı ilə təltif olunub.
  • 1974-cü ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə “Azərbaycan SSR-in Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.
  • 1975-ci ildə «1941-1945-ci ildə qələbənin 30 illiyi» medalı ilə təltif olunub.
  • 1976-cı ildə «SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri sərgisinin» gümüş medalı ilə təltif olunub.
  • 1977-ci ildə «Əmək veteranı» medalı ilə təltif olunub.
  • 1978-ci ildə “Azərbaycan Dövlət Mükafatı” və «IX beşillik zərbəçisi» tərifnaməsi ilə təltif olunub.
  • 1985-ci ildə «2-ci dərəcəli Vətən müharibəsi» ordeni, «1941-1945-ci illərdə qələbənin 40 illiyi» medalı ilə təltif olunub.
  • 1987-ci ildə “Azərbaycanda milyard ton neftin hasilatı” və “50 il partiyada” nişanları ilə təltif olunub.
  • 1988-ci ildə «SSRİ Silahlı qüvvələrinin 70 illiyi» medalı ilə təltif olunub.

Əsas elmi əsərləri

Kitabları

  1. «Влияние условий синтеза крекирующих катализаторов на их физико-химические свойства». Баку. Изд-во АН Азерб. ССР, 1957, 222 с.
  2. «Исследование физико-химических свойств и отбеливающей способности глин месторождений Азербайджанской ССР и гумбрина». Баку. Изд-во АН Азерб. ССР. 1957. 247 с.

Məqalələri

  1. Свобода на исследование истины. газ. Бакинский рабочий, 1992.
  2. Кислотные свойства кристаллического и аморфного алюмосиликата методом термодесорбции аммиака. Вестн. Московск. Ун-та.1989.
  3. Исследование возможности использования некоторых промышленных отходов нефтехимического производства в качестве катализаторов. АХЖ. 1989.

İstinadlar