Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Zülfüqar Zülfüqarov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:54, 6 dekabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Zülfüqar Zülfüqarov
Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu
Zülfüqar Zülfüqarov
Zülfüqar Zülfüqarov.
Doğum tarixi 3 dekabr 1913(1913-12-03)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 9 iyul 1992 (78 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
İş yeri Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu (laboratoriya müdiri)
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • Azərbaycan Sənaye İnstitutu, kimya-texnologiya fakültəsi (–1936)

 • SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı, Kimya İnstitutu, aspirantura (1938–)

 • SSRİ EA Neft İnstitutu, doktorantura (1955−1956)
Mükafatları “Azərbaycan SSR əməkdar elm və texnika xadimi” fəxri adı — 1974Azərbaycan SSR Dövlət mükafatı — 1978
"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Əmək igidliyinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı"Əmək veteranı" medalıII dərəcəli "Vətən Müharibəsi" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı70 years saf rib.png

Zülfüqar Zülfüqarov (1913–1992) — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun laboratoriya müdiri.

Haqında məlumatlar[redaktə | HTML redaktə]

3 dekabr 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1916-ci ildə atası vəfat edib və o, iki qardaşı və bir bacısı ilə anasının himayəsində qalıb.

Təhsili[redaktə | HTML redaktə]

1931-ci ildə Nuxada orta məktəbi,

1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib.

1938-ci ildə istehsalatdan ayrılmamaqla SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Kimya İnstitutunun aspiranturasında təhsil almağa başlayıb.

1955 − 1956-cı illərdə SSRİ EA Neft İnstitutunun doktoranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1936 − 1940-cı illərdə Ə.Qarayev adına neft emalı zavodunda əvvəl operator köməkçisi, sonra mühəndis, daha sonra böyük mühəndis,

1939 − 1941 və 1946 − 1968-ci illərdə əvvəl SSRİ EA Azərbaycan Filialı/Azərbaycan SSR EA Kimya İnstitutunun fiziki kimya laboratoriyasında kiçik elmi, sonra baş elmi işçi,

1950-ci ildən laboratoriyanın müdiri,

1968 − 1970-ci illərdə Azəbaycan SSR EA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sənaye katalizatorlarının texnologiyası laboratoriyasının müdiri,

1970 − 1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru,

1983 − 1992-ci illərdə Azərbaycan SSR EA/AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1941-ci ildə namizədlik dissertasiyasını,

1957-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

1958-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini,

1959-cu ildə professor elmi adını alıb.

1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 mono­qrafi­yanın müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər doktoru, 47 fəlsəfə doktoru hazırla­nıb.

Böyük Vətən müharibəsində[redaktə | HTML redaktə]

1941 – 1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 2 medalla təltif olunub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

9 iyul 1992-ci il tarixdə – 78 yaşında, Bakıda vəfat edib.

Xatirəsi[redaktə | HTML redaktə]

Şəki şəhərindəki küçələrdən birinə adı verilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Зульфугаров Зульфугар Гусейн Куль-оглы : [arx. 01.12.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.12.2021.
  2. Zülfüqarov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 350. — 80.000 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Zülfüqarov Zülfüqar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 562-564. — 1.000 nüsx.
  4. "ZÜLFÜQAROV ZÜLFÜQAR HÜSEYNQULU OĞLU". kqkiamea.az (azərb.). kqkiamea.az. 1 Jul 2020 tarixində arxivləşdirilib.
  5. "Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu". http://science.gov.az/ (azərb.). science.gov.az/. 18 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.