Zülfüqar Zülfüqarov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Elmi fəaliyyəti) tərəfindən edilmiş 06:11, 9 iyul 2020 tarixli redaktə
Zülfüqar Zülfüqarov
Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu
Zülfüqar Zülfüqarov
Zülfüqar Zülfüqarov
Doğum tarixi 3 dekabr 1913(1913-12-03)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 9 iyul 1992 (78 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
İş yeri Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili Bakı Sənaye Universiteti
Atası Hüseynqulu
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Əmək igidliyinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı"Əmək veteranı" medalıII dərəcəli "Vətən Müharibəsi" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı
“Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı

Zülfüqar Zülfüqarov (Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu; d. 3 dekabr 1913-cü ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası − ö. 9 iyul 1992-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – Azərbaycan MEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Azərbaycan SSR-in əməkdar elm xadimi.

Haqında məlumatlar

3 dekabr 1913-cü il tarixdə Nuxada anadan olub.

1916-ci ildə atası vəfat edib və o, iki qardaşı və bir bacısı ilə anasının himayəsində qalıb.

Təhsili

1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsində,

1938-ci ildə istehsalatdan ayrılmamaqla SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Kimya İnstitutunun aspiranturasında,

1955 − 1956-cı illərdə SSRİ EA Neft İnstitutunun doktoranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1936 − 1940-cı illərdə Ə.Qarayev adına Neft emalı zavodunda əvvəl operator köməkçisi, sonra mühəndis, daha sonra böyük mühəndis vəzifələrində işləyib.

1939 − 1941 və 1946 − 1968-ci illərdə əvvəl SSRİ EA Azərbaycan Filialı/Azərbaycan SSR EA Kimya institutunun fiziki kimya laboratoriyasında kiçik elmi, sonra baş elmi işçi, laboratoriyanın müdiri (1950-ci ildən) vəzifələrində çalışıb.

1968 − 1970-ci illərdə Azəbaycan SSR EA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sənaye katalizatorlarının texnologiyası laboratoriyasının müdiri,

1970 − 1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru olub.

1983 − 1992-ci illərdə Azərbaycan SSR EA/Azərbaycan MEA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1941-ci ildə namizədlik,

1957-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

1958-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi,

1959-cu ildə isə professor elmi adı alıb,

1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 mono­qrafi­yanın müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər doktoru, 47 fəlsəfə doktoru hazırla­nıb.

Beynəlxalq konfranslarda
  • 1962-ci il Moskvada sənaye prosesləri üçün katalizatorların seçilməsi və hazırlanmasına həsr edilmiş ümumittifaq müşavirəsinin iştirakçısı.
  • 1960-cı il Makromolekulyar kimya sahəsində simpozium.
  • 1964-cü ildə III kataliz konqresinin iştirakçısı (Amsterdam).
  • 1967-ci ildə "Qeyri-üzvi və fiziki-kimya sahəsində tədqiqatlar və onların kimya sənayesində rolu" konfransı.
  • 1967-1969-cu illərdə Ümumittifaq IV heterogen Kataliz konqresinin iştirakçısı (Moskva).
  • 1973-cü ildə "Oksidləşmə heterogen kataliz"ə həsr edilmiş elmi konfransda təşkilat komitəsinin üzvü.
  • "Elmin tarixi" IV Qafkaz konfransı.
  • 1975-ci ildə "Mechanisms of hydrocarbon reactions"(Siofok, Hungery, Budapest) simpoziumu.
  • 1976-cı ildə II Qafqaz konfransı.
  • 1979-cu ildə Neft kimyasının aktual problemlərinə həsr edilmiş İkinci Ümumittifaq seminarı.
  • 1980-ci ildə "Yod və bromun kimya və texnologiyası ümumittifaq müşavirəsində (Aşqabad) iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
  • 1980-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə dördüncü Qafkaz konfrası.
  • 1981-ci ildə BVM iştirakçısı vəsiqəsini (№484560) almışdır.
  • 1981-ci ildə "Seolitlərin katalizdə tətbiqi" İkinci Ümumittifaq konfransı.
  • 1982-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə Beşinci Qafqaz konfransında təşkilat komissiyasının sədri.(Bakı).
  • 1984-cü ildə "Qazların katalitik Üsulla kükürdsüzləşdirilməsi" İkinci Ümumittifaq müşavirəsi.
  • 1985-ci ildə "Seolitlərin katalizdə tətbiqi" Üçüncü Ümumittifaq konfransı.(Moskva);
  • 1985-ci ildə "Təbii seolitlər" dördüncü Bolqar-Sovet simpoziumu.

Kitabları

  1. «Влияние условий синтеза крекирующих катализаторов на их физико-химические свойства». Баку. Изд-во АН Азерб. ССР, 1957, 222 с.
  2. «Исследование физико-химических свойств и отбеливающей способности глин месторождений Азербайджанской ССР и гумбрина». Баку. Изд-во АН Азерб. ССР. 1957. 247 с.

Məqalələri

  1. Свобода на исследование истины. газ. Бакинский рабочий, 1992.
  2. Кислотные свойства кристаллического и аморфного алюмосиликата методом термодесорбции аммиака. Вестн. Московск. Ун-та.1989.
  3. Исследование возможности использования некоторых промышленных отходов нефтехимического производства в качестве катализаторов. АХЖ. 1989.

Böyük Vətən müharibəsində

1941 – 1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak edib. 2 medalla təltif olunub.

Təltif və mükafatları

Vəfatı

9 iyul 1992-ci ildə Bakıda vəfat edib.

Xatirəsi

Adının əbədiləşdirilməsi üçün Şəki şəhərində küçələrdən birinə adı verilib.

Ədəbiyyat

  • Zülfüqarov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 350. — 80.000 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Zülfüqarov Zülfüqar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 562 – 564. — 1.000 nüsx.
  • "ZÜLFÜQAROV ZÜLFÜQAR HÜSEYNQULU OĞLU". kqkiamea.az (azərb.). kqkiamea.az. 1 Jul 2020 tarixində arxivləşdirilib.
  • "Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu". http://science.gov.az/ (azərb.). science.gov.az/. 18 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.