Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Zümrüd Axundova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Zümrüd Axundova
Axundova Zümrüd Qulam qızı
Zümrüd Axundova
Zümrüd Axundova.
Doğum tarixi 1 mart 1912(1912-03-01)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 7 dekabr 1961 (49 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi pedaqogika
İş yeri S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, dosent
Elmi dərəcəsi pedaqoji elmlər namizədi
Elmi adı dosent
Təhsili

 • Bakı Pedaqoji Texnikumu (–1927)

 • Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (1929–1931)

 • Moskva Ali Kommunist Maarifi İnstitutu, aspirantura (1934–1935)
Həyat yoldaşı Məmməd Arif Dadaşzadə
Uşağı Araz Dadaşzadə
Atası Qulam Axundov
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Zümrüd Axundova (1912–1961) — pedaqoji elmlər namizədi, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin dosenti. İlk azərbaycanlı qadın elmlər namizədidir. Azərbaycan KP Nuxa qəza komitəsinin birinci katibi olmuş Qulam Axundovun qızı, görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Axundovanın bacısı, Azərbaycan SSR EA-nın həqiqi üzvü Məmməd Arifin həyat yoldaşı, tanınmış tənqidçisi və ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar elm xadimi Araz Dadaşzadənin anası, tanınmış musiqişünas, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadənin isə nənəsidir.

Haqqında məlumatlar

1 mart 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1927-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib.

1929 – 1931-ci illərdə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda,

1934 – 1935-ci illərdə Moskva Ali Kommunist Maarifi İnstitutunun aspiranturasında təhsil alıb.

Zümrüd Axundova və həyat yoldaşı Məmməd Arif Dadaşzadə.

Əmək fəaliyyəti

1927-ci ildə − Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Bakı şəhər 5 №-li orta məktəbində müəllim işləyib.

1929-cu ildən pedaqoji fəaliyyətini Bakı nümunəvi komsomol məktəbində,

1935-ci ildə Moskva Ali Kommunist Maarifi İnstitutunun aspiranturasında təhsilini tamamladıqdan sonra isə Bakının müxtəlif ali məktəblərində – Azərbaycan Pedaqoji İnstitutunda, Xarici Dillər İnstitutunda, Azərbaycan Dövlət Universitetində davam etdirib.

İkinci Dünya Müharibəsi dövründə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin redaktoru olub.

1943 – 1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutun pedaqogika kafedrasının müdiri olub.

1948 – 1961-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində çalışıb, o cümlədən, 1951-ci ildən dosent vəzifəsində işləyib.

Elmi fəaliyyəti

1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən. 1900 – 1914-ci illər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1951-ci ildə dosent elmi adını alıb.

Təltif və mükafatları

Vəfatı

7 dekabr 1961-cı il tarixdə – 49 yaşında, Bakıda vəfat edib.

Video