......

Zəbi Quliyev (1910–1972) — sovet dövründə Azərbaycanda tanınmış partiya işçisi və rəhbər kadr olmuş şəxs. Müxtəlif illərdə bir neçə rayonda birinci, yaxud ikinci katib vəzifəsində çalışmışdır.

Zəbi Quliyev
Quliyev Zəbi Əhəd oğlu
Zəbi Quliyev
Zəbi Quliyev.

Haqqında məlumatlar Vizual/Mobil redaktə

1910-cu ildə Lənkəran qəzasının Hacıtəpə kəndində, din xadiminin ailəsində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

Hacıtəpə kəndində molla yanında ibtidai,

Xırmandalı kəndində yeddiillik,

Masallıdakı məktəbdə tam orta təhsil alıb.

1928-ci ildə Lənkəran Pedaqoji məktəbinə daxil olub.

1931-ci ildə isə Bakıda partiya-sovet məktəbini bitirib.

1942-ci ildə Tbilisi hərbi-siyasi məktəbində,

1940-cı illərin ikinci yarısında V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (qiyabi),

1952 – 1953-cü illərdə isə Moskva Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1931-ci ildən sonra Göynük, Nuxa (indiki Şəki), Masallı, Samux rayonlarında komsomolun birinci katibi vəzifəsində çalışıb.

1940-сı ildə Azərbaycan KP Samux rayon komitəsinin birinci katibi idi[1].

1943 – 1952-ci illərdə, əvvəl Nuxa şəhər partiya komitəsinin ikinci katibi, sonra Göyçay rayon partiya komitəsinin birinci katibi, daha sonra Tovuz rayon partiya komitəsinin birinci katibi vəzifəsini tutub.

1952 – 1953-cü illərdə Gəncə vilayət partiya komitəsində şöbə müdiri,

1954 – 1957-cı illərdə Nuxa şəhər partiya komitəsinin birinci katibi olub.

1957-ci ildən əmək təqaüdə çıxanadək isə Azərbaycan SSR Ali Sovetində işləyib.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

10 fevral 1942-ci il tarixdə Bakı şəhər Dzerjinski Rayon Həbi Komissarlığından ordu sıralarına qəbul edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır, amma elə həmin 1942-ci ildə başından yaralanaraq ordudan tərxis olunub.

Digər Vizual/Mobil redaktə

1939-cu ildə Moskvada keçirilmiş ÜİK(b)P-nın XVIII qurultayının nümayəndəsi olub[2].

IV çağırış (1955–1959) Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1957-ci ildə Nuxa rayon Sovetinə deputat seçilib və rayon sovetinin birinci sessiyasında rayon soveti icraiyyə komitəsi heyətinə seçilib.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

24 sentyabr 1972-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib.

Xatirəsi Vizual/Mobil redaktə

2005-ci ildə Masallıda bir küçəyə adı verilib.

İstinadlar Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Делегаты XVIII-го съезда ВКП(б) 10 - 21.3.1939 : [arx. 21 Jul 2020 - 23 Aug 2020] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 24.09.2021.
  2. О награждении работников нефтяной промышленности.. : [arx. 21 Jul 2020 - 23 Aug 2020] : [rus.] // Наш Баку. — 1940. — 27 апреля. — Müraciət tarixi: 24.09.2021.
  3. Кулиев Заби Ахад-оглы : [arx. 23.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.09.2021.
  4. ... Quliyev Zəbi Əhəd oğlu : [arx. 26 Sep 2020 - 29 Nov 2020] // Cənub xəbərləri. — Müraciət tarixi: 24.09.2021.
  5. ... Rüşvət alsaydım, Zəbi Quliyev olmazdım : [arx. 27.07.2020] // Moderator.az. — 2015. — 24 iyun. — Müraciət tarixi: 23.09.2021.

Həmçinin, bax: Vizual/Mobil redaktə

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.

Bildiriş Vizual/Mobil redaktə

...