Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Zəkəriyyə Əlizadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:57, 22 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Zəkəriyyə Əlizadə
Əlizadə Zəkəriyyə Mabud oğlu
Zəkəriyyə Əlizadə
Zəkəriyyə Əlizadə
Doğum tarixi 2 fevral 1936(1936-02-02)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki
Vəfat tarixi 23 noyabr 2016 (80 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi Geologiya
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (1972 – 2014)
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Mükafatları "Tərəqqi" medalı

Zəkəriyyə Əlizadə — geologiya-mineralogiya elmləri doktoru. Uzun müddət AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

Haqqında daha ətraflı

2 fevral 1936-cı il tarixdə Nuxada anadan olub.

1953-cü ildə Nuxa şəhər 10 №-li orta məktəbi bitirib.

1953 – 1958-ci illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsində,

1962 – 1964-cü illərdə Azərbaycan SSR EA Geologiya İnstitutun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1958-ci ildə Artyom neft mədənləri idarəsində operator,

1959 – 1972-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl baş laborant, sonra kiçik elmi işçi, 1970-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışıb.

1972 – 1995-ci illərdə Azərbaycan SSR EA/Azərbaycan MEA-nın fizika nstitutunun nəzdində fəaliyyət göstərən Şəki zona elmi bazasının,

1995 – 2014-cü illərdə isə Azərbaycan MEA Şəki Regional Elmi Mərkəzinin direktoru olub.

2014 – 2016-cı illərdə əmək fəaliyyətini Azərbaycan MEA Şəki Regional Elmi Mərkəzində aparıcı elmi işçi kimi davam etdirib.

Pedaqoji fəaliyyəti

1993 – 1999 illərdə Bakı Dövlət Universitetinin Şəki filialında diyarşunaslığın əsasları və təbiətşunaslıq fənnindən dərs deyib.

Elmi fəaliyyəti

1966-cı ildə namizədlik,

1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Elmi tәdqiqatlarının sahәsi çökmә süxurların geokimyası ilә әlaqәdardır. 80-dәn çox elmi mәqalәnin, o cümlәdәn 8 kitabın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. 8 aspirant və dissertantın elmi işinə rəhbərlik edib.

İctimai-siyasi fəaliyyəti

Müxtəlif illərdə üç dəfə Şəki şəhər və Şəki rayon sovetinə deputat seçilib.

Mükafatları

Vəfatı

23 noyabr 2016-cı il tarixdə 80 yaşında Şəkidə vəfat edib.

İstifadə edilmiş mənbələr

  • Məmmədov Ə., Xalıqov F. Əlizadə Zəkəriyyə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 127 – 128. — 1.000 nüsx.
  • "Azərbaycan elminə ağır itki üz verib". http://www.science.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 25.11.2016. 1 May 2017 - 2 Jul 2017 tarixində arxivləşdirilib.
  • ƏLİZADƏ Zәkәriyyә Mәbud oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.