Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Zəkəriyyə Əlizadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 08:02, 2 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Zəkəriyyə Əlizadə
Əlizadə Zəkəriyyə Mabud oğlu
Zəkəriyyə Əlizadə
Zəkəriyyə Əlizadə.
Doğum tarixi 2 fevral 1936(1936-02-02)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 23 noyabr 2016 (80 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi geologiya
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi (aparıcı elmi işçi)
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Təhsili

 • Azərbaycan Sənaye İnstitutu, geoloji kəşfiyyat fakültəsi (1953–1958)

 • Azərbaycan SSR EA Geologiya İnstitutu, aspirantura (1962–1964)
Mükafatları "Tərəqqi" medalı

Zəkəriyyə Əlizadə (1936–2016) — geologiya-mineralogiya elmləri doktoru, AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi. Uzun müddət həmin mərkəzin direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

2 fevral 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1953-cü ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.

1953 – 1958-ci illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsində,

1962 – 1964-cü illərdə isə Azərbaycan SSR EA Geologiya İnstitutun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1958-ci ildə Artyom neft mədənləri idarəsində operator,

1959 – 1972-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl baş laborant, sonra kiçik elmi işçi, 1970-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışıb.

1972 – 1995-ci illərdə Azərbaycan SSR EA/Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Şəki zona elmi bazasının,

1995 – 2014-cü illərdə isə Azərbaycan MEA Şəki Regional Elmi Mərkəzinin direktoru olub.

2014 – 2016-cı illərdə əmək fəaliyyətini Azərbaycan MEA Şəki Regional Elmi Mərkəzində aparıcı elmi işçi kimi davam etdirib.

Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]

1993 – 1999 illərdə Bakı Dövlət Universitetinin Şəki filialında diyarşünaslığın əsasları və təbiətşünaslıq fənnindən dərs deyib.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1966-cı ildə namizədlik dissertasiyasını,

1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Elmi tədqiqatlarının sahəsi çökmə süxurların geokimyası ilə əlaqədardır. 80-dәn çox elmi məqalənin, o cümlədən 8 kitabın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var. 8 aspirant və dissertantın elmi işinə rəhbərlik edib.

İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

Müxtəlif illərdə üç dəfə Şəki şəhər və Şəki rayon sovetinə deputat seçilib.

Mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

23 noyabr 2016-cı il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əlizadə Zəkəriyyə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 127-128. — 1.000 nüsx.
  2. "Azərbaycan elminə ağır itki üz verib". http://www.science.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 25.11.2016. 1 May 2017 - 2 Jul 2017 tarixində arxivləşdirilib.
  3. ƏLİZADƏ Zәkәriyyә Mәbud oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 598 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c.