Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Zəkəriyyə Əlizadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:03, 27 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Zəkəriyyə Əlizadə
Zəkəriyyə Mabud oğlu Əlizadə
Zəkəriyyə Əlizadə
Doğum tarixi 2 fevral 1936(1936-02-02)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki
Vəfat tarixi 23 noyabr 2016 (80 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi Geologiya
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi nin direktoru (1972-2014)
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru
Elmi adı professor

Əlizadə Zəkəriyyə Mabud oğlu — geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (1972-2014).

Həyatı

Zəkəriyyə Əlizadə 2 fevral 1936-cı ildə Azərbaycan SSR-nin Şəki Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Şəki şəhər 10 saylı orta məktəbində orta təhsil almış, sonra isə Azərbaycan Sənaye İnstitutunda daş mühəndisi-geoloq ixtisasına yiyələnmişdir. Litologiya, geokimya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 55 elmi əsərin, 3 monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 4 müəlliflik şəhadətnaməsi və patent almışdır. 1972-ci ildən 1995-ci ilədək Azərbaycan EA-nın Fizika institutunun nəzdində yaradılmış Şəki Zona elmi bazasının direktoru, 1995-ci ildə müəssisə Şəki Regional Elmi Mərkəzinə çevrildikdən sonra isə həmin müəssisənin direktoru olmuşdur. Z.Əlizadənin öz xahişi ilə tuduğu vəzifədən azad olunması barədə AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qərar qəbul olunmuşdur. Geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə noyabrın 23-də 80 yaşında vəfat edib.

Əsas elmi nailiyyətləri

  • Qərbi Azərbaycanın ağcaqil çoküntülərində qələvi torpaq elementlərindən Ba və Sr, dəmir qrupu elementlərindən isə Mn, V, Cr, Ni, və Ti-nin ayrı-ayrı litoloji tərkibə malik çöküntülərdə miqdarı spektral analiz üsulu ilə öyrənilməsi, onların yayılma qanunauyğunluqları müəyyənləşdirilməsi, müvafiq geokimyəvi xətlərin tərtib edilməsi.
  • Mürəkkəb dislokasiyaya uğraşma rayonların filizləşən suxurlarının litologiyası və filiz elementlərinin gekimyası Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntülərini təşkil edən ayrı-ayrı suxur növlərpindən dəmir qrupu elementləri və filiz elementləri və filiz elementləri hesab edilən qurğuşun, mis və sink polimetal elementlərinin tədqiqi, regional geokimyasının öyrənilməsi, müvafiq geokimyəvi xəritələr tərtib edilməklə filizlilik baxımından yeni perspektivli sahələrin müəyyən edilməsi.

Pedaqoji fəaliyyəti

1993-1999 illərdə Bakı Dövlət Universitetinin Şəki filialında Diyarşunaslığın əsasları və Təbiətşunaslıq fənnindən dərs demişdir.

Əsas elmi əsərlərinin adları

  • Qərbi Azərbaycanın ağcaqıl çöküntüləridə bəzi kimyəvi elementlərin paylanması qanunauyğunluğu və onunla əlaqəli paleocoğrafi problemlər (namizədlik desertasiyası 1966).
  • Azərbaycanın ağcaqıl çöküntülərinin litologiyası. Ə. C. Sultanov, 1979.
  • Mürəkkəb dislokasiyaya uğramış rayonların filizyerləşən suxurlarının litologiyası v filiz elementlərinin geokimyası (B. qafqazın cənub yamacının orta və üst yura çökəklikləri timsalında )D. dis. k. 1988.
  • Böyük qafqazın Cənub yamacının Tfan antiklinorisində filizləşən orta yura çöküntülərinin gokimyası. Moskva, 1980. Ümumit.müşav. tezisləri.
  • Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntülərinin litoloji və petrografiq tərkibinin kimyəvi elementlərinin paylaşmasına təsiri. Litoqrafiya və faydalı qazıntılar jur-ı, Moskva. 1987.

Həmçinin bax

Mənbə

Şəki Regional Elmi Mərkəzin saytı, ŞREM haqqında məlumat.