Zəminə Rəsulova

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:40, 16 sentyabr 2021 tarixli dəyişiklik

Zəminə Rəsulova — “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun bələdçisi. Aktiv bədii yaradıcılıq və tərcümə işi ilə də məşğuldur.

Zəminə Rəsulova
Rəsulova (Əliyeva) Zəminə İsmayıl qızı
Zəminə Rəsulova
Zəminə Rəsulova.
Doğum tarixi 14 mart 1983 (1983-03-14) (41 yaş)
Doğum yeri Qaradağlı, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Şəki Pedaqoji Texnikumu (–2004)

Lənkəran Dövlət Universiteti (2020–)
Mükafatları "Tərəqqi" medalı — 2020
facebook səhifəsi

Haqqında məlumatlar

14 mart 1983-cü il tarixdə Şəki rayonunun Qaradağlı kəndində anadan olub.

Təhsili

2000-ci ildə Şəki şəhər 11 saylı orta məktəbi,

2004-cü ildə Şəki Pedaqoji Texnikumunu bitirib.

2020-ci ildə muzey işi və abidələrin mühafizəsi ixtisası üzrə Lənkəran Dövlət Universitetinə qəbul olunub.

Əmək fəaliyyəti

2004-cü ildən “Yuxarı Baş” Dövlət/Milli Tarix-Memarlıq Qoruğunda bələdçi vəzifəsində işləyir.

Digər

Dövri mətbuatda şeirləri çap olunub. 5 şeiri isə 2018-ci ildə işıq üzü germüş “Şəkidən gələn səslər” adlı ədəbiyyat toplusuna daxil edilib.

Rus, ingilis və italyan dillərini bilir və həmin dillərdən azərbaycan dilinə tərcümələr edib. 2020-ci ildə “Bir saray bələdçisinin qeydləri” adlı kitabı çap olunub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Orsər R. Zəminə Rəsulova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 809-812. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Bir qrup Azərbaycan qadını “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM : [arx. 06.03.2020] // Milli.az. — 2020. — 5 mart. — Müraciət tarixi: 15.09.2021.

Həmçinin, bax: