Zəminə Rəsulova

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 13:20, 16 sentyabr 2021 tarixli redaktə
Zəminə Rəsulova
Rəsulova (Əliyeva) Zəminə İsmayıl qızı
Zəminə Rəsulova
Zəminə Rəsulova.
Doğum tarixi 14 mart 1983 (1983-03-14) (41 yaş)
Doğum yeri Qaradağlı, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

 • Şəki Pedaqoji Texnikumu, ingilis dili müəllimi ixtisası (–2004)

 • Lənkəran Dövlət Universiteti, tarix-coğrafiya və incəsənət fakültəsi, muzey, arxiv işi və abidələrin qorunması ixtisası (2020–)
İş yeri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (bələdçi)
Mükafatları "Tərəqqi" medalı — 2020
facebook səhifəsi

Zəminə Rəsulova“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun bələdçisi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İdarə Heyətinin üzvü. Aktiv bədii yaradıcılıq və tərcümə işi ilə də məşğuldur.

Haqqında məlumatlar

14 mart 1983-cü il tarixdə Şəki rayonunun Qaradağlı kəndində anadan olub.

Təhsili

2000-ci ildə Şəki şəhər 11 saylı orta məktəbini,

2004-cü ildə Şəki Pedaqoji Texnikumunu bitirib.

2020-ci ildə Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya və incəsənət fakültəsinə (muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə) qəbul olunub.

Əmək fəaliyyəti

2004-cü ildən “Yuxarı Baş” Dövlət/Milli Tarix-Memarlıq Qoruğunda bələdçi vəzifəsində işləyir.

Digər

Dövri mətbuatda şeirləri çap olunub. 5 şeiri isə 2018-ci ildə işıq üzü germüş “Şəkidən gələn səslər” adlı ədəbiyyat toplusuna daxil edilmişdir.

Rus, ingilis və italyan dillərini bilir və həmin dillərdən azərbaycan dilinə tərcümələr edib. 2020-ci ildə “Bir saray bələdçisinin qeydləri” adlı kitabı çap olunub.

2019-cu ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Orsər R. Zəminə Rəsulova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 809-812. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Bir qrup Azərbaycan qadını “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM : [arx. 06.03.2020] // Milli.az. — 2020. — 5 mart. — Müraciət tarixi: 15.09.2021.
  3. Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası : ATBA İdarə Heyəti : [arx. 16.09.2021] // ATGA. — Müraciət tarixi: 16.09.2021.

Həmçinin, bax: