Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Zəminə Rəsulova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Təhsili) tərəfindən edilmiş 12:46, 16 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Zəminə Rəsulova
Rəsulova (Əliyeva) Zəminə İsmayıl qızı
Zəminə Rəsulova
Zəminə Rəsulova.
Doğum tarixi 14 mart 1983 (1983-03-14) (38 yaş)
Doğum yeri Qaradağlı, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Şəki Pedaqoji Texnikumu (–2004)

Lənkəran Dövlət Universiteti (2020–)
Mükafatları "Tərəqqi" medalı — 2020
facebook səhifəsi

Zəminə Rəsulova — “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun bələdçisi. Aktiv bədii yaradıcılıq və tərcümə işi ilə də məşğuldur.

Haqqında məlumatlar

14 mart 1983-cü il tarixdə Şəki rayonunun Qaradağlı kəndində anadan olub.

Təhsili

2000-ci ildə Şəki şəhər 11 saylı orta məktəbi,

2004-cü ildə Şəki Pedaqoji Texnikumunu bitirib.

2020-ci ildə Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya və incəsənət fakültəsinə (muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə) qəbul olunub.

Əmək fəaliyyəti

2004-cü ildən “Yuxarı Baş” Dövlət/Milli Tarix-Memarlıq Qoruğunda bələdçi vəzifəsində işləyir.

Digər

Dövri mətbuatda şeirləri çap olunub. 5 şeiri isə 2018-ci ildə işıq üzü germüş “Şəkidən gələn səslər” adlı ədəbiyyat toplusuna daxil edilib.

Rus, ingilis və italyan dillərini bilir və həmin dillərdən azərbaycan dilinə tərcümələr edib. 2020-ci ildə “Bir saray bələdçisinin qeydləri” adlı kitabı çap olunub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Orsər R. Zəminə Rəsulova // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 809-812. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Bir qrup Azərbaycan qadını “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM : [arx. 06.03.2020] // Milli.az. — 2020. — 5 mart. — Müraciət tarixi: 15.09.2021.

Həmçinin, bax: