Zərinə Cavadova: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 6: Sətir 6:
  |Şəkil                = Zərinə Cavadova.jpg
  |Şəkil                = Zərinə Cavadova.jpg
  |Şəklin ölçüsü        =  
  |Şəklin ölçüsü        =  
  |Şəklin izahı          = Zərinə Cavadova, AZƏRTAC-a müsahibə verərkən (2019).
  |Şəklin izahı          = Zərinə Cavadova (2019).
  |Doğum tarixi          = {{Doğum tarixi və yaşı|1960|9|15}}
  |Doğum tarixi          = {{Doğum tarixi və yaşı|1960|9|15}}
  |Doğum yeri            = [[Nuxa]] (indiki Şəki), {{AzSSR}}, {{SSRİ}}
  |Doğum yeri            = [[Nuxa]] (indiki Şəki), {{AzSSR}}, {{SSRİ}}

18:52, 18 noyabr 2022 versiyası

Zərinə Cavadova
Cavadova Zərinə Ələkbər qızı
Zərinə Cavadova
Zərinə Cavadova (2019).
Doğum tarixi 15 sentyabr 1960 (1960-09-15) (63 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Şəki Şəhər icra hakimiyyəti (icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri)
Elmi dərəcəsi tarix elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1981–1986)

 • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, aspirantura (1995–)
Elmi rəhbəri Yaqub Mahmudov

Zərinə Cavadova — tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.

Haqqında məlumatlar

15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.

1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim,

1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim,

2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.

Elmi fəaliyyəti

2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Cavadova Zərinə // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 64-65. — 600 nüsx. — ISBN 5-8066-1708-4.