Zəbi Quliyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:37, 24 sentyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Zəbi Quliyev
Quliyev Zəbi Əhəd oğlu
Zəbi Quliyev.jpg
Zəbi Quliyev
bayraqAzərbaycan KP Göyçay rayon komitəsinin birinci katibibayraq
1931 — 1941
bayraqTovuz rayon Partiya Komitəsinin birinci katibibayraq
bayraqAzərbaycan KP Samux rayon komitəsinin birinci katibibayraq
1941
bayraqAzərbaycan KP Masallı rayon komitəsinin ikinci katibibayraq
bayraqAzərbaycan KP Nuxa şəhər komitəsinin 2-ci katibibayraq
1943 — 1952
bayraqAzərbaycan KP Gəncə vilayət komitəsinin şöbə müdiribayraq
1952 — 1953
bayraqAzərbaycan KP Nuxa şəhər komitəsinin birinci katibibayraq
1953 — 1957
bayraqAzərbaycan KP Balakən rayon komitəsinin birinci katibibayraq
1957 — 1963
Şəxsi məlumatlar
Doğum tarixi 1910(1910-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Hacıtəpə, Lənkəran qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 24 sentyabr 1972 (1972-09-24) (49 yaş)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Partiya КПСС.svg Sov.İKP
Hərbi xidmət
Xidmət illəri 1942 – 1943
Rütbəsi Red Army flag.svg kapitan
Rəhbərlik edib 416-cı Taqanroq diviziyasının 1373-cü alayının siyasi komissarı
Döyüşlər Böyük Vətən müharibəsi
Mükafatları
Vətən Müharibəsi Ordeni
"Şərəf Nişanı" ordeni"Qırmızı Ulduz" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Zəbi Quliyev — Azərbaycan sovet partiya və dövlət xadimi.

Haqqında məlumatlar

1910-cu ildə qədim Lənkəran qəzasının Hacıtəpə kəndində din xadimi Axund Əhədin ailəsində anadan olub.

Təhsili

İlk təhsili atası Axund Əhəddən alaraq, kəndlərində məktəb olmadığı üçün ibtidai məktəbə qonşu Xırmandalı kəndinə, orta məktəbə Masallı şəhərinə gedir.

Zəbi Quliyev Lənkəran Pedaqoji Məktəbini, 1931-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirir.

Z. Quliyev 1931-ci ildən 1941-ci ilə kimi Göyçay, Nuxa, Masallı, Samux rayonlarında Azərbaycan K(b)P-nin rayon komitələrinin birincici katibi vəzifəsində çalışmışdır. 1941-ci ildə Samux rayonuna rayon partiya komitəsinin 1-ci katibi təyin edilir. 1942-1943-cü llərdə Böyük Vətən Müharibəsində iştirak edir və yaralanaraq geri qayıdıb. 1943-1952-ci illərdə Şəkidə 2-ci, Göyçay, Tovuz rayonlarında rayon partiya komitəsinin 1-ci katibi işləmişdir. 1952-1953-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953-1963-cü illərdə Balakən və Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir. 1963-cü ildən təqaüdə çıxana qədər Azərbaycan SSR Ali Soveti|Azərbaycan SSR Ali Sovetində çalışır.

1972-ci ildə vəfat edib və Bakıda dəfn olunub.

Bir sıra orden və medallarla təltif edilib:

Zəbi Quliyevin həyat səhifələrindən

  • Böyük Vətən Müharibəsini ilk ilində Zəbi Quliyev Tbilisi şəhərinə hərbi məktəbə, hərbi-siyasi rəhbərlik kursuna göndərilir. Kursu bitirən kimi 1942-ci ilin aprelində o 416-cı Taqanroq diviziyasının 1373-cü alayına siyasi rəhbər təyin edilir. Ağır döyüşlərin birində onun xidmət etdiyi alay düşmən mühasirəsinə düşür. Bəziləri mühasirə məsələsini şişirdərək bunu Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırova alayın könüllü əsir düşməsi kimi təqdim edirlər. Alayın siyasi rəhbəri olduğu üçün Z. Quliyevin Masallı rayonundakı 72 nəfər qohumunu sürgün etmək üçün siyahıya alırlar. Elə həmin ilin noyabrında Z. Quliyevin də rəhbər olduğu alay mühasirəni yarır. Z. Quliyev həmin döyüşdə başından yaralanaraq müalicə üçün Tbilisi hərbi hospitalına gətirilir. Müalicədən sonra M. Bağırovun göstərişi ilə o, Masallıya, doğma kəndinə gəlir.
  • 1941-ci ildə Zəbi Quliyevin kənddə yaşayan, Həsənli kolxozunda sədr işləyən qardaşı Fazil Quliyevə şər ataraq, dövlət əmlakını dağıdan şəxs kimi həbs edirlər və məhkəmə ona güllələnmə hökmü çıxarır. Buna səbəb də Zəbi Quliyevin Samux rayonuna rəhbərlik edəndə orada bir vəzifəli şəxsin yaxın qohumunun dövlətdən gizlin saxladığı yüzlərlə mal-qaranı hökumət nəfinə keçirilməsinə qərar verməsi olur. Həmin məmur əvəz çıxmaq üçün Zəbinin qardaşını şərlətdirib həbs etdirir. Həmin vaxt Zəbi Tbilisidə hospitalda olur. Qısa müddətə Bakıya gələndə Mircəfər Bağırovla görüşür. Onun qardaşının həbsindən xəbərdar olan Bağırov çox gözləyir ki, Zəbi qardaşının xahişini edəcək. Bunu eşitməyəndə özü soruşur ki, Quliyev, mənə heç nə demək istəmirsən? Zəbi deyir ki, yox.

Bu sualı bir neçə dəfə təkrarlasa da, eyni cavabı alır. Onlar sağollaşır. Zəbi Quliyev MK-nın qapısından çıxanda gözətçi deyir ki, Bağırov səni təkrar yanına çağırır. O qayıdır. Bağırov deyir: - Sənin qardaşın güllənmə hökmü ilə yatır. Nə əcəb onun xahişini etmədin? - Cinayəti varsa, cəzasını çəkməlidir, - deyə Zəbi cavab verir. Bağırov: - Araşdırmışıq ki, qardaşını şərləyiblər. Zəbi Quliyev: - Onda yaxşısını partiya bilər,- deyir. Beləliklə Zəbinin qardaşına verilən güllələnmə hökmü 10 il həbslə əvəzlənir.

  • Qardaşı oğlu 70 yaşlı Rüstəm kişi o günləri xatırlayaraq deyir: "Ali məktəbə daxil olmaq üçün Bakıya getmişdim. İşim alınmadı. Əmimin Ali Sovetdəki iş yerinə getdim. Vəziyyəti ona danışdım. Təsəlli verdi. Kənddən gəldiyim üçün doğma yerlərlə maraqlandı. Bu vaxt Əli Vəliyev otağa daxil oldu. Əmim dedi: "Tanış ol, qardaşım oğludur. Müsabiqədən keçməyib." Xalq yazıçısı həyəcanlı səslə: "Ay Zəbi müəllim, bəs mənə niyə demədiniz ki, həll edim", - dedi. Əmim sakit və aramla cavab verdi: "Bilmirsən ki, mən poladam, heç kimə əyilmərəm?"
  • Qardaşı nəvəsi Gülağa Ağayev Zəbi Quliyevlə bağlı xatirələri yada salaraq deyir:" Fazil babamla bir dəfə onun qardaşı Zəbi əmimgilə getmişdik. Təqaüdə təzə çıxmışdı. İki qardaş söhbət edirdilər. Bu vaxt poçtalyon bir məktub gətirdi. Babam məktubu oxuyandan sonra dedi: Heydər Əliyevdəndir. Sonra məktubu oxudu: “Hörmətli Zəbi Quliyev yoldaş. Mənim sizə olan böyük etimadımı nəzərə alaraq, aparatda işləmək imkanınız vardır. Biz sizi yaxşı tanıyırıq”.
  • Masallıdakı İsti Su sanatoriyasının fəaliyyətə başlamasında Z.Quliyevin böyük rolu oldu. O vaxt respublikanın rəhbəri olan İmam Mustafayev|İ.Mustafayevi İsti Suya gətirərək belə gözəl müalicə suyunun nə qədər böyük əhəmiyyətli olmasını ona inandırmışdı. Sanatoriya hazır olanda İ. Mustafayevi də dəvət etmişdi.
  • Qardaşı oğlu Rüstəm kişi şahidi olduğu bir hadisəni belə xatırlayır: "«Qiyabi oxuyurdum. Bakıya gedəndə əmimgildə qalırdım. Bir gün evdə oturmuşduq. Qapı döyüldü. Bir qoca kişi əlində iri bir zənbil dayanmışdı. Ay oğul! dedi: Bura Zəbi Quliyevin evidir?»" Bəli, dedim. Ona de ki, ayın-oyun gətirmişəm, qəbul eləsin. Əmim soruşdu: - öyrən, gör nə gətirib? Qoca dedi: kənd ruzisi, bir də 5 min rubl pul. Allah səndən razı olsun. Əmim: - Get zənbili al, kənd pendiri, qatığı yadıma düşüb, amma o kişi pulu kimdənsə borc alıb. Aparsın borcunu qaytarsın. Sonradan öyrəndim ki, əmim həmin kişinin nahaqdan həbs edilmiş oğlunu türmədən çıxartdırıb.
  • Zəbi Quliyevin mərdanəliyi hamıya bəlli idi. XX əsrin 30-cu illərində Z.Quliyev Masallıda gənclər təşkilatının rəhbəri işlədiyi vaxtlar raykom katibinin qız-gəlin qarşısında özünü abırsız apardığını görüb onun üstünə silah çəkir: “Sən özündən başqalarını kişi saymırsan?” deyə rayondan rədd olub getməsini tələb edir. Özünün "bəzi" işlərinə Zəbinin əngəl olacağını duyan raykom katibi donos təşkil edərək onu "NKVD"-nin əli ilə həbs etdirir. Mircəfər Bağırov işi araşdırır və Zəbinin nahaqdan tutulduğunu dəqiqləşdirərək onu azad edir, həmin katibi isə işdən çıxardır.
  • O vaxt raykom katiblərinə Mərkəzi Komitə paltarlıq parça verirmiş. Mircəfər Bağırov parçalar paylandıqdan xeyli sonra anbardardan soruşur: - Sənə neçə nəfərin borcu qalıb? Anbardar deyir: - Bir nəfərin! M. Bağırov dərhal: - O, Zəbi Quliyev olacaq deyir.
  • Qardaşı oğlu Rüstəm kişi xatırlayaraq deyir ki, bir dəfə əmimdən soruşdum: - Əmi, heç rüşvət almısanmı? O mənalı-mənalı baxıb dedi: - Oğul, rüşvət alsaydım, Zəbi olmazdım.

Xatirəsi

2005-ci ildə Masallı şəhərindəki küçələrdən birinə Zəbi Quliyevin adı verildi.

Zəbi Quliyevin 2 oğlu, 2 qızı olub. Almaz, Məlahət, Vaqif, Tofiq. Onların hamısı ali təhsil alıb.

Mənbə

  • "Çağırış" qəzeti, 14 fevral 1989-c il, s.3.
  • Nurəddin Ədiloğlu "Bir insan ömrü",
  • "Masallı" müstəqil qəzeti, may, 1998-ci il s.6.
  • Nurəddin Ədiloğlu "Zəbi Quliyev",
  • Əlizaman Baxış, "Təmizlik simvolu", "Cənub xəbərləri"
  • Кулиев Зеби|Заби Ахад-оглы 1910г.р. podvignaroda.ru [1]
  • Nurəddin ƏDİLOÄžLU (24/06/2015 [12:49]). "Rüşvət alsaydım, Zəbi Quliyev olmazdım". moderator.az (azərb.). 27 Jul 2020 tarixində arxivləşdirilib.