Zahid Mustafayev

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:34, 8 sentyabr 2021 tarixli dəyişiklik

Zahid Mustafayev (1938–2015) — tanınmış mədəniyyət işçisi, teatr aktyoru, Şəki rayon mədəniyyət şöbəsinin sabiq müdiri.

Zahid Mustafayev
Mustafayev Zahid Nəzir oğlu
Zahid Mustafayev
Mustafayev Zahid.
Doğum tarixi 27 mart 1938(1938-03-27)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 16 iyun 2015 (77 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (–1971)

Haqqında məlumatlar

27 mart 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.

1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

Əmək fəaliyyəti

1957 – 1978-ci illərdə Nuxada/Şəkidə mədəniyyət sahəsi ilə bağlı müxtəlif vəzifələrdə (klub müdiri, metodist, bədii rəhbər, aktyor, ədəbi-hissə müdiri, mədəniyyət evinin direktoru, mədəniyyət və istirahət parkının direktoru, tarix-diyarşünaslıq muzeyinin direktoru) işləyib.

1978 – 1984-cü illərdə Şəki rayon mədəniyyət şöbəsinin müdiri olub.

1985-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrıda çalışıb, o cümlədən,

1985 – 1987-ci illərdə teatrın sıravi aktyoru,

1987 — 1993-cü illərdə isə ədəbi-hissə müdiri olub.

1996 – 2011-ci illərdə Şəki xalq teatrının rejissoru vəzifəsində çalışıb.

Vəfatı

16 iyun 2015-ci il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Rəhimli İ. Zahid Mustafayev // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 83-84. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.