Zahid Mustafayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Zahid Mustafayev
Mustafayev Zahid Nəzir oğlu
Zahid Mustafayev
Zahid Mustafayev.
Doğum tarixi 27 mart 1938(1938-03-27)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 iyun 2015 (77 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlığı SSRİ Azərbaycan
Uşağı Xatirə, Sevda, Elşad
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (–1971)

Zahid Mustafayev (1938–2015) — tanınmış mədəniyyət işçisi, teatr aktyoru və rejissoru.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

27 mart 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.

1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1957 – 1978-ci illərdə Nuxada/Şəkidə mədəniyyət sahəsi ilə bağlı müxtəlif vəzifələrdə çalışıb (klub müdiri, metodist, bədii rəhbər, aktyor, ədəbi-hissə müdiri, mədəniyyət evinin direktoru, mədəniyyət və istirahət parkının direktoru, tarix-diyarşünaslıq muzeyinin direktoru və s.).

1978 – 1984-cü illərdə Şəki rayon mədəniyyət şöbəsinin müdiri olub.

1985-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyib; o cümlədən,

1985 – 1987-ci illərdə teatrın sıravi aktyoru,

1987 — 1993-cü illərdə isə ədəbi-hissə müdiri olub.

1996 – 2011-ci illərdə isə Şəki xalq teatrının rejissoru vəzifəsində çalışıb.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

16 iyun 2015-ci il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Rəhimli İ. Zahid Mustafayev // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 83-84. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.