Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Zahid Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Zahid Mustafayev
Mustafayev Zahid Nəzir oğlu
Zahid Mustafayev
Zahid Mustafayev.
Doğum tarixi 27 mart 1938(1938-03-27)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 16 iyun 2015 (77 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (–1971)

Zahid Mustafayev (1938–2015) — tanınmış mədəniyyət işçisi, teatr aktyoru, Şəki rayon mədəniyyət şöbəsinin sabiq müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

27 mart 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.

1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1957 – 1978-ci illərdə Nuxada/Şəkidə mədəniyyət sahəsi ilə bağlı müxtəlif vəzifələrdə işləyib (klub müdiri, metodist, bədii rəhbər, aktyor, ədəbi-hissə müdiri, mədəniyyət evinin direktoru, mədəniyyət və istirahət parkının direktoru, tarix-diyarşünaslıq muzeyinin direktoru və s.).

1978 – 1984-cü illərdə Şəki rayon mədəniyyət şöbəsinin müdiri olub.

1985-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyib; o cümlədən,

1985 – 1987-ci illərdə teatrın sıravi aktyoru,

1987 — 1993-cü illərdə isə ədəbi-hissə müdiri olub.

1996 – 2011-ci illərdə Şəki xalq teatrının rejissoru vəzifəsində çalışmışdır.

Vəfatı[redaktə | HTML redaktə]

16 iyun 2015-ci il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Rəhimli İ. Zahid Mustafayev // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 83-84. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.