Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Zair Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:24, 1 iyun 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Zair Mustafayev
Mustafayev Zair Veysəl oğlu
Zair Mustafayev
Zair Mustafayev.
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyun 1949 (1949-06-01) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Uşağı iki övlad

Musiqi aləti qarmon
Təhsili

 • Nuxa/Şəki pedaqoji məktəbi, ibtidai sinif müəllimi ixtisası (1964–1968)

 • Azərbaycan Politexnik İnstitutu, memarlıq fakültəsi (1970–1975)

Zair Mustafayev — vaxtilə Şəkidə fəaliyyət göstərmiş məşhur “Zirvə” vokal-instrumental ansamblının üzvü və solisti olmuş tanınmış qarmon ifaçısı və musiqişünas-pedaqoq.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1 iyun 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1956 – 1964-cü illərdə əvvəl Nuxa şəhər 16 saylı ibtidai məktəbində, sonra isə Nuxa şəhər 11 saylı orta məktəbində,

1964 – 1968-ci illərdə Nuxa/Şəki pedaqoji məktəbində,

1970 – 1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

6 sentyabr 1966-cı il – 9 sentyabr 1968-cı il tarixləri arasında Şəki/Nuxa şəhər mədəniyyət evində qarmon dərnəyinin rəhbəri,

10 sentyabr 1968-ci il – 30 avqust 1970-ci il tarixləri arasında Şəki şəhər pionerlər evində qarmon dərnəyinin rəhbəri,

24 mart 1976-cı il – 14 sentyabr 1981-ci il tarixləri arasında V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində mühəndis-memar,

1 oktyabr 1980-cı il – 15 oktyabr 2021-ci il tarixləri arasında Şəki Musiqi Kollecində/Şəki Pedaqoji Kollecində qarmon ixtisası üzrə müəllim vəzifəsində çalışıb.

Musiqi fəaliyyəti[redaktə | HTML redaktə]

Şəkinin “Zirvə” vokal-instrumental ansamblı 1979-cu ilin sonunda Azərbaycan televiziyasının studiyasında yeni il proqramının çəkilişində iştirak edərkən.

1968-ci ilin avqustunda Şəkidən Moskvaya – SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə, göndərilən musiqiçilər arasında yer alıb.

1971 – 1974-cü illərdə – institutda təhsil aldığı dövrdə, bəstəkar və dirijor, xalq artisti Nəriman Əzimovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında və paralel olaraq, görkəmli baletmeyster, xalq artisti Əlibaba Abdullayevin rəhbərlik etdiyi özfəaliyyət rəqs ansamblında qarmon ifaçısı kimi fəaliyyət göstərib. Bu dövrdə ansamblın tərkibində müntəzəm olaraq Azərbaycan televiziyasında çıxış edib.

1971-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ali-texniki məktəb özfəaliyyət kollektivlərinin “TaşPi-71” Ümumittifaq Festivalında,

1972-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə Moskvada kosmonavtları hazırlayan Bauman adına Ali Texniki Məktəbdə keçirilən tədbirdə, həmçinin yubileylə əlaqədar Ümumittifaq Televiziyasının keçirdiyi və bütün SSRİ ərazisində yayımladığı festival konsertində institut ansamblının və institut rəqs kollektivinin qarmon ifaçısı kimi çıxış edib.

1977 – 2009-ci illərdə “Zirvə” vokal-instrumental ansamblında üzv və solist kimi fəaliyyət göstərib. O cümlədən,

1978-ci ildə Moskvada – XTN sərgisində keçirilən festivalda (“Zirvə” bu zaman qızıl medalla təltif olunub),

1983-cü ildə Rusiyanın Kaqalım şəhərində Sibir neftçiləri qarşısında çıxış edən Şəki incəsənət kollektivinin tərkibində,

1990-cı ildə Bakı şəhərində “Xarıbülbül” beynəlxalq rəqs festivalının Heydər Əliyev sarayında keçirilən yekun konsertində iştirak edib.

1993-cü ildə Şəkili Ələsgərin (Xanəndə Ələsgər Abdullayev) xatirəsinə həsr olunmuş muğam festivalında “Rahab” muğamını ifa edib (bu ifa 21 mart 1994-cü ildə Az.TV-də yayımlanıb).

1994-cü ildə isə həmin festivalda “Orta mahur” muğamını ifa edib.

1995-ci ilin iyul ayında Türkiyənin Bursa şəhərində keçirilən “Beynəlxalq Rəqs festivalı”nın və 1996-cı ildə Eşmə şəhərində keçirilən “Kilim festivalı”nın iştirakçısı olub.

1999-cu ildə 10-u qədim xalq rəqslərindən, 5-i isə özünün bəstələdiyi rəqslərdən ibarət olan məcmuə çap etdirib. Rəqs melodiyalarını özü nota alaraq, qarmon üçün işləyib.

2012-ci ildə görkəmli qarmon ifaçısı Avtandil İsrafilovun 15 rəqs melodiyasını nota alaraq qarmon üçün işləyib və “Avtandil İsrafilov – Rəqslər” adlı not kitabını çap etdirib.

2017-ci ildə, müxtəlif vaxtlarda ifa etdiyi və fortepiano ilə qarmon üçün işlədiyi “Mənzərə”, “Yağış”, “İpək yolu”, “Rəqs-kompozisiya”, “Əsgəri”, “Qoşa çinar”, “Könül nəğməsi” və qarmon üçün yazılmış ilk “Etüd”dən ibarət olan “Qoşa çinar” adlı not kitabının siqnal nüsxəsini çap etdirib. Bu kitabdakı əsərləri Zair Mustafayev özü nota alaraq fortepiano müşayiətini də yazıb. Kitaba Azərbaycan Bəstəkarlar İttifaqının katibi professor Cəmilə Həsənova rəy verib.

“İpək yolu” adlı əsəri 2019-cu ildə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, prof. Firəngiz Əlizadənin rəhbərliyi ilə Şəkidə keçirilən Simpoziumda səsləndirilib.

2019-cu ilin sonu – 2020-ci ilin əvvəllərində 17 muğam və 8 zərb-muğamı ifa edərək audiosunu yazdırıb və onları qarmon ifaçıları üçün veb-dərslik kimi “Youtube”yə yerləşdirib.

Audio və videolar[redaktə | HTML redaktə]