Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Zaqatala-Şəki mahalı

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:13, 11 iyul 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Zaqatala-Şəki mahalı
İnzibati  mərkəz: Nuxa (indiki Şəki)
Yaranma  tarixi: 8 aprel 1929(1929-04-08)
Ləğv  olunma  tarixi: 25 yanvar 1930
(0 il mövcud olub)
Coğrafi  region: Azərbaycan SSR
Yerləşirdi: Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Zaqatala-Şəki mahalı (yaxud, Zaqatala-Nuxa mahalı) — Azərbaycan SSR ərazisində mövcud olmuş inzibati ərazi. 8 aprel 1929-cu il tarixdə VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Şəki qəzası ilə Zaqatala qəzasının birləşdirilməsi nəticəsində yaradılmışdır. Mahalın rəsmi qəzeti olan “Şəki fəhləsi” qəzetində, qəzetin başlığı altında mahalın adı həmişə “Zaqatala-Şəki mahalı” kimi getsə də, qəzetin içində mahalın adı “Zaqatala-Nuxa mahalı” kimi göstərilirdi. Mahalın icraiyyə komitəsinin sədri əvvəl Xəlil Ağamir oğlu Ağamirov, sonra isə A.Ağayev, mahal icraiyyə komitəsinin katibi isə Y.Məmmədov olmuşdur. Mahal Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə ləğv edilmiş (lakin bundan sonra fevral ayında da mahal icraiyyə komitəsi fəaliyyətini davam etdirirdi) və yerində Zaqatala və Nuxa okruqları yaradılmışdır.

6 iyul 1929-cu il tarixili "Şəki fəhləsi" qəzeti. Qəzet Zaqatala-Şəki mahal Kommunist bolşeviklər Firqəsi İcraiyyə Komitəsinin və mahalın Həmkarlar bürosunun orqanı kimi nəşr olunub.
12 yanvar 1930-cu il tarixili "Şəki fəhləsi" qəzeti. Qəzet Zaqatala-Şəki mahal Kommunist bolşeviklər Firqəsi İcraiyyə Komitəsinin və mahalın Həmkarlar bürosunun orqanı kimi nəşr olunub.

Ədəbiyyat

  1. "Агамиров Халил Агамир оглы". http://www.knowbysight.info/ (русский). Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. 5 Jan 2009 – 11 Oct 2019 tarixində arxivləşdirilib.</ref>
  2. // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1930. — В. 30 yanvar və 19 fevral.
  3. İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.