Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Zaqatala-Şəki mahalı

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:33, 15 iyul 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Zaqatala-Şəki mahalı
inzibati ərazi
İnzibati  mərkəz: Nuxa (indiki Şəki)
Yaranma  tarixi: 8 aprel 1929(1929-04-08)
Ləğv  olunma  tarixi: 25 yanvar 1930
(0 il mövcud olub) 292 gün mövcud olub
Coğrafi  region: Azərbaycan SSR
Yerləşirdi: Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ

Zaqatala-Şəki mahalı (yaxud, Zaqatala-Nuxa mahalı) — Azərbaycan SSR ərazisində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 8 aprel 1929-cu il tarixdə VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Şəki qəzası ilə Zaqatala qəzasının birləşdirilməsi nəticəsində yaradılmışdır. Mahalın adı Zaqatala-Şəki mahal K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı olmuş “Şəki fəhləsi” qəzetində qəzetin başlığı altında həmişə “Zaqatala-Şəki mahalı” kimi göstərilsə də, qəzetin içində çox vaxt “Zaqatala-Nuxa mahalı” kimi getmişdir. Mahalın inzibati mərkəzi Nuxa şəhəri idi. Mahalın icraiyyə komitəsinin sədri əvvəl Xəlil Ağamir oğlu Ağamirov, sonra isə A.Ağayev, mahal icraiyyə komitəsinin katibi isə Y.Məmmədov olmuşdur. Mahal Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə ləğv edilmiş və yerində Zaqatala və Nuxa okruqları yaradılmışdır. Lakin mahalın rəsmi qəzeti olmuş “Şəki fəhləsi” qəzeti həmin tarixdən sonra hələ bir müddət əvvəlki təsisatların orqanı kimi çıxmaqda davam etmiş, yalnız 20 may 1930-cu il tarixdən başlamaqla Nuxa Okruq K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap olunmuşdur.

6 iyul 1929-cu il tarixli “Şəki fəhləsi” qəzeti; qəzet Zaqatala-Şəki mahal K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kini nəşr olunub.
12 yanvar 1930-cu il tarixli “Şəki fəhləsi” qəzeti; qəzet Zaqatala-Şəki mahal K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kini nəşr olunub.

Ədəbiyyat

  1. Агамиров Халил Агамир оглы : [arx. 5 Jan 2009 - 11 Oct 2019] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 15.07.2022.
  2. // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. 30 yanvar və 19 fevral.
  3. İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.