Zaur Əhmədov — Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəssam-keramisti. Divar üzərində dizayn işləri ilə və fərdi şəkildə “ABAD” brendi altında suvenir istehsatı ilə məşğuldur.

Zaur Əhmədov
Əhmədov Zaur Oktay oğlu
Zaur Əhmədov
Zaur Əhmədov, 2019-cu il.
Doğum tarixi 26 avqust 1989 (1989-08-26) (34 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (bakalavriat, 2006–2011)

Haqqında məlumatlar

26 avqust 1989-cu il tarixdə Şəkidə anadan olub.

Təhsili

1995 – 2006-cı illərdə Şəki şəhər 17 saylı orta məktəbində oxuyub.

2000 – 2005-ci illərdə Şəki Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənib.

2006 – 2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb.

Yaradıcılığı

2011 – 2013-cü illərdə zərgərlik fəaliyyəti ilə məşğul olub, bu istiqamətdə lazımi peşə təcrübəsinə yiyələnib.

2013 – 2015-ci illərdə daş üzərində Şəki rayonunun təbiəti, arxitekturası və tarixi ilə bağlı müxtəlif peyzajlar hazırlayıb.

2015 – 1017-ci illərdə əmək fəaliyyətini Şəki Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam kimi davam etdirib.

2018-ci ildən Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində əvvəl baş təlimçi işləyib, sonra isə rəssam-keramist kimi fəaliyyət göstərməyə başlayıb.

İctimai fəaliyyəti

Şəki sənətkarlarını və proqressiv gəncliyi bir çətir altında toplama ambisiyasını özündə birləşdirən ArtClub Kafe – Emalatxana konseptinin Asim Abbasovla birgə həmtəsisçisidir.

Digər

Yaradıcılıq fəaliyyəti boyunca ölkə daxilində müxtəlif sərgi və festivallarda iştirak edib.