Zemfira Hacıyeva
Zemfira Hacıyeva | |
---|---|
Hacıyeva Zemfira Əli qızı | |
![]() | |
Zemfira Hacıyeva. |
Zemfira Hacıyeva — tarix üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatı Elmi irs şöbəsinin müdiri.
Haqqında məlumatlar
2 mart 1955-ci il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.
Təhsili
1982-ci ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib.
Əmək fəaliyyəti
1976 – 1977-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının kadrlar və aspirantura şöbəsində makinaçı-katibə,
1987 – 1992-ci illərdə Azərbaycan SSR EA/AMEA Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya sektorunda baş laborant vəzifəsində çalışıb.
1992 – 2001-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda kiçik elmi işçi (0,5 şt.) olub.
2003-cü ildən AMEA Rəyasət Heyəti aparatı Elmi irs şöbəsinin müdiri[qeyd 1] və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisidir (0,5 şt.).
Pedaqoji fəaliyyəti
2000 – 2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
2005-ci ildə “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” mövzusunda namizədlik dissertasiyasını,
2013-cü ildə “Qarabağ və İrəvan xanlıqlarının tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 84, o cümlədən, onlardan xaricdə çıxanların sayı 17, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrinin sayı 17-dir.
Elmi-ictimai fəaliyyəti
2007-ci ildən AMEA Ekspert Yoxlama Komissiyasının sədri,
2007-ci ildən Azərbaycan Tarix Qurumun üzvü,
2019-cu ildən AMEA Qadınlar Şurası “Dünya gender elmi və beynəlxalq əlaqələr” işçi qrupunun rəhbəridir.
Təltif və mükafatları
- AMEA-nın fəxri fərmanı (2000, 200, 2015);
- “Tərəqqi” medalı – Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibəti ilə (2015);
- “Əmək veteranı” adı (2019).
Qeydlər
- ↑ Vəzifənin əvvəlki adları: AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi şöbəsinin rəisi (2003–2011); AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəisi (2011–2018); AMEA Rəyasət Heyəti Elmi irs mərkəzinin rəhbəri (2018–2020); AMEA RH Elmi irs şöbəsinin müdiri (2020).
Ədəbiyyat
- ...
- ...
- ...
Bildiriş
...