Zibeydə Yusifbəyova: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 43: Sətir 43:


===Əmək fəaliyyəti ===
===Əmək fəaliyyəti ===
1973-cü ildə SSRİ Yazıçılar İttifaqı Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin Azərbaycan bölməsində mühasib, daha sonra inspektor,  
1973-cü ildə SSRİ Yazıçılar İttifaqı Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin Azərbaycan bölməsində mühasib, daha sonra inspektor,  



18:36, 10 aprel 2021 versiyası

Zibeydə Yusifbəyova
Yusifbəyova Zibeydə Qurbanəli qızı
Zibeydə Yusifbəyova
Zibeydə Yusifbəyova.
Doğum tarixi 1 sentyabr 1956 (1956-09-01) (67 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq Azərbaycan
İş yeri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, mühasibat və uçot şöbəsi
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri namizədi
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (–1984)
Atası Qurbanəli Vahid bəy oğlu Yusifbəyov
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı
facebook səhifəsi

Zibeydə Yusifbəyova — kənd təsərrüfatı elmləri namizədi və gömrük xidməti polkovniki. Müxtəlif illərdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinində mühasibat və uçot şöbəsinin rəisi və s. vəzisələrdə çalışmışdır. 2017-ci ildən təqaüddədir.

Haqqında məlumatlar

1 sentyabr 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1963 – 1964-cü illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,

1964 – 1968-ci illərdə Bakı şəhər 53 №-li orta məktəbində,

1968 – 1973-cü illərdə isə Bakı şəhər 126 №-li orta məktəbində təhsil alıb.

1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.

Əmək fəaliyyəti

1973-cü ildə SSRİ Yazıçılar İttifaqı Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin Azərbaycan bölməsində mühasib, daha sonra inspektor,

1974 – 1978-ci illərdə “Gənclik” nəşriyyatında mühasib vəzifəsində çalışıb.

1978 – 1999-cu illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda/AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda işləyib; o cümlədən,

1978 – 1982-ci illərdə mühasib,

1982 – 1993-cü illərdə meşə torpaqlarının coğrafiyası şöbəsində laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi,

1993 – 1999-cu illərdə isə elmi işçi vəzifəsini tutub.

1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mühasibat və uçot şöbəsində çalışıb; o cümlədən,

1999 – 2006-cı illərdə baş inspektor,

2006 – 2017-cı illərdə isə şöbənin rəisi olub.

Elmi fəaliyyəti

1994-cü ildə “Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə torpaqlarında dəmirin formaları və torpaqəmələgəlmə prosesində onların rolu (Azərbaycan Respublikası daxilində)” mövzusunda dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.

Azərbaycan və xarici ölkələrin elmi nəşrlərində azərbaycan, rus və ingilis dillərində 25 məqalə və tezisi çap olunub.

Təltif və mükafatları

Ailəsi

Atası Qurbanəli Vahid bəy oğlu Yusifbəyov ata tərəfdən Şəki bəylərinin, ana tərəfdən isə İlisu sultanlarının nəslindəndir.

Ədəbiyyat

  1. Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Yusifbəyova Zibeydə Qurbanəli qızı // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı:  204. — Səh.: 196 – 197. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.

Şablon:Yaxşı məqalə