Zibeydə Yusifbəyova
Zibeydə Yusifbəyova — kənd təsərrüfatı elmləri namizədi və gömrük xidməti polkovniki. Müxtəlif illərdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində mühasibat və uçot şöbəsinin rəisi və s. vəzifələrdə çalışmışdır. 2017-ci ildən təqaüddədir.
Zibeydə Yusifbəyova | |
---|---|
Yusifbəyova Zibeydə Qurbanəli qızı | |
Zibeydə Yusifbəyova. | |
Doğum tarixi | 1 sentyabr 1956 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | Azərbaycan |
İş yeri | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, mühasibat və uçot şöbəsi |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri namizədi |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (–1984) |
Atası | Qurbanəli Vahid bəy oğlu Yusifbəyov |
Mükafatları | |
facebook səhifəsi |
Haqqında məlumatlar
1 sentyabr 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1963 – 1964-cü illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,
1964 – 1968-ci illərdə Bakı şəhər 53 №-li orta məktəbində,
1968 – 1973-cü illərdə isə Bakı şəhər 126 №-li orta məktəbində təhsil alıb.
1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.
Əmək fəaliyyəti
1973-cü ildə SSRİ Yazıçılar İttifaqı Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin Azərbaycan bölməsində mühasib, daha sonra inspektor,
1974 – 1978-ci illərdə “Gənclik” nəşriyyatında mühasib vəzifəsində çalışıb.
1978 – 1999-cu illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda/AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda işləyib; o cümlədən,
1978 – 1982-ci illərdə mühasib,
1982 – 1993-cü illərdə meşə torpaqlarının coğrafiyası şöbəsində laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi,
1993 – 1999-cu illərdə isə elmi işçi vəzifəsini tutub.
1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mühasibat və uçot şöbəsində çalışıb; o cümlədən,
1999 – 2006-cı illərdə baş inspektor,
2006 – 2017-cı illərdə isə şöbənin rəisi olub.
Elmi fəaliyyəti
1994-cü ildə “Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə torpaqlarında dəmirin formaları və torpaqəmələgəlmə prosesində onların rolu (Azərbaycan Respublikası daxilində)” mövzusunda dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.
Azərbaycan və xarici ölkələrin elmi nəşrlərində azərbaycan, rus və ingilis dillərində 25 məqalə və tezisi çap olunub.
Təltif və mükafatları
- “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (2008);
- III dərəcəli “Gömrük orqanlarında qüsursuz xidmətə” görə döş nişanı (2009);
- II dərəcəli “Gömrük orqanlarında qüsursuz xidmətə” görə döş nişanı (2014);
- “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı (2012).
Ailəsi
Atası Qurbanəli Vahid bəy oğlu Yusifbəyov ata tərəfdən Şəki bəylərinin, ana tərəfdən isə İlisu sultanlarının nəslindəndir.
Ədəbiyyat
- Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Yusifbəyova Zibeydə Qurbanəli qızı // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı: 204. — Səh.: 196 – 197. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |