......

Ziya Əkbərov (1933–2006) — sovet dövrünün son onilliklərində 5 çağırış (15–20-ci çağırışlar) Şəki şəhər sovetinin sədri seçilmiş şəxs.

Ziya Əkbərov
Əkbərov Ziya Ələsgər oğlu
Ziya Əkbərov
Ziya Əkbərov.

Haqqında məlumatlar Vizual/Mobil redaktə

17 iyul 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1950-ci ildə Nuxa şəhər 2 №-li orta məktəbini,

1955-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1955-ci ildən V.İ.Lenin adına Şəki İpək Kombinatının təmir-tikinti şöbəsində iş icraçısı (prorab), sonra həmin şöbənin rəisi, daha sonra şəhər təmir-tikinti idarəsinin müdiri,

1973-cü ildən Şəki şəhər soveti sədrinin müavini,

1975 – 1988-ci illərdə 15-ci – 20-ci çağırış Şəki şəhər sovetinin sədri,

1988-ci ilin yanvar ayından sonra bir müddət Şəki şəhər kommunal təsərrüfat idarəsində mühəndis sonra isə sənaye-tikinti nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyəti Vizual/Mobil redaktə

1955 – 1973-cü illər arasında əvvəl Şəki şəhər 7 №-li orta məktəbində, sonra isə ipəkçilik texnikumunda rəsmxət fənnindən saathesabı dərs deyib.

1960-cı illərin sonunda və 1970-ci illərin əvvəlində V.İ.Lenin adına Şəki İpək Kombinatınının burucu sexində təbliğatçı olub.

Vəfatı Vizual/Mobil redaktə

19 avqust 2006-cı il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.

Həmçinin, bax: Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə

...