Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Ziya Yusifzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ziya Yusifzadə
Yusifzadə Ziya Məmmədiyyə oğlu
Ziya Yusifzadə.png
Ziya Yusifzadə.
bayraqAzərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədribayraq
18 iyun 1980 — 11 avqust 1988
Sələfi Vitali Krasilnikov
Xələfi İvan Qorelovski
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1929(1929-02-15)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 29 sentyabr 2015 (86 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri İkinci Fəxri Xiyaban, Bakı
Atası Məmmədiyyə Yusifzadə
Təhsili Moris Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu, ingilis dili ixtisası (–1952)
Təltifləri "Şərəf Nişanı" ordeni
"Azərbaycan Bayrağı" ordeni“Şöhrət” ordeni (Azərbaycan)

Ziya Yusifzadə (1929–2015) — Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant.

Haqqında məlumatlar

15 fevral 1929-cu il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.

Təhsili

1945-ci ildə Zaqatalada orta məktəbi (qızıl medalla),

1952-ci ildə isə Moris Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu (ingilis dili ixtisası üzrə) bitirib.

Əmək fəaliyyəti

1952 – 1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub; o cümlədən,

1972 – 1976-cı illərdə əks-kəşfiyyat şöbəsinin rəisi,

1976 – 1980-cı illərdə sədrin birinci müavini,

1980 – 1988-ci il illərdə sədr olub.

1988 – 1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.

1999-cu ildə hərbi qulluğa bərpa olunub; o cümlədən,

1999 – 2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının rəisi vəzifəsində çalışıb.

Hərbi rütbələri

1977-ci ildə general-mayor,

1984-cü ildə isə general-leytenant hərbi rütbəsi alıb.

İctimai-siyasi aktivliyi

1955-ci ildən Sov.İKP üzvü olub.

Bir neçə çağırış Bakı Sovetinin,

9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Azərbaycan KP-nin XXVIII və XXIX qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilib,

1980-cı ildən Azərbaycan KP MK üzvü və Azərbaycan KP MK Bürosu üzvlüyünə namizəd olub.

1981-ci ildə – Azərbaycan KP-nin XXX qurultayında isə Azərbaycan KP MK Bürosunun üzvü seçilib.

Sov.İKPnın 26-cı qurultayının nümayəndəsi olub.

Təltif mükafatları

Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə SSRİ-nin, Azərbaycan Respublikasının və xarici dövlətlərin 40-dan çox orden və medalı, o cümlədən, Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni (2004) və “Şöhrət” (2009) ordenləri ilə təltif olunub.

Vəfatı

29 sentyabr 2015-ci il tarixdə – 86 yaşında, Bakıda vəfat edib.

30 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra İkinci Fəxri xiyabanda dəfn olunub.

Ədəbiyyat

  1. Yusifzadə Ziya Məmmədiyyə oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1981. — V  cild. — Səhifələrin sayı:  624. — Səh.: 183-184. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Yusifzadə Ziya // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 558-559. — 1.000 nüsx.
  3. "General-leytenant Ziya Yusifzadə II Fəxri Xiyabanda dəfn olunub - FOTO". https://report.az/ (azərb.). Report. 30 Sentyabr , 2015. 15 Feb 2021 tarixində arxivləşdirilib.