Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Ziyad Əliəkbərli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ziyad Əliəkbərli
Əliəkbərli Ziyad Valeh oğlu
Ziyad Əliəkbərli
Ziyad Əliəkbərli.
Doğum tarixi 29 sentyabr 1996 (1996-09-29) (27 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Dövlət Universiteti, tarix fakültəsi (2014–2018)

 • Yaroslav Mudrıy adına Milli Hüquq Universiteti (Xarkov, Ukrayna), hüquq fakültəsi (2019–2022)
facebook səhifəsi

Ziyad Əliəkbərli — Şəki şəhər icra hakimiyyəti başçısının köməkçisi.

Haqqında məlumatlar

29 sentyabr 1996-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

2003 – 2014-cü illərdə Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbində,

2014 – 2018-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində,

2019 – 2022-ci illərdə Yaroslav Mudrıy adına Milli Hüquq Universitetin (Xarkov, Ukrayna) hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

2018-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunda aparıcı məsləhətçi olaraq əmək fəaliyyətinə başlayıb.

18 mart 2022-ci il tarixdən Şəki Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışır.

İctimai-siyasi fəaliyyəti

Bakı Dövlət Universitetində təhsil aldığı müddət ərzində “Baku 2015” Avropa Oyunlarında, “Baku 2017” İslam Həmrəyliyi Oyunlarında, “Formula 1”, “Baku City Circuit 2018”-də könüllü olub.

2019-cu ildə Şəki Şəhər İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının üzvü və həmin ilin may ayında Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının Gənclər Birliyinin sədri seçilib.