Zərnurə Həmidova

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:55, 31 mart 2021 tarixli redaktə
Zərnurə Həmidova
Həmidova Zərnurə Ənvər qızı
Zərnurə Həmidova
Zərnurə Həmidova.
Doğum tarixi 6 yanvar 1984 (1984-01-06) (40 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi coğrafiya
İş yeri AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, elmi katib
Elmi dərəcəsi coğrafiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili

Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, bakalavriat (–2004)

Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, magistratura (–2006)

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, aspirantura (2006–)
Atası Ənvər Həmidov
Anası Zöhrə Məmmədova
Elmi rəhbəri Elbrus Əlizadə
facebook səhifəsi

Zərnurə Həmidova — coğrafiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi katibi.

Haqqında məlumatlar

6 yanvar 1984-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

2004-cü ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin bakalavriatını,

2006-cı ildə isə magistraturasını bitirib.

2006-cı ildə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aspiranturasına qəbul olunub.

Elmi fəaliyyəti

2011-ci ildə “Sel təhlükəli ərazilərin relyefinin morfodinamiki gərginliyinin qiymətləndirilməsi (Böyük Qafqazın cənub yamacı timsalında)” mövzusunda dissertasiyasını müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2017-ci ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən geomorfologiya ixtisası üzrə dosent elmi adı verilib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 31, xaricdə çap elmi əsərlərinin sayı 5-dir.

Əmək fəaliyyəti

2011-ci ildən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsində çalışır; o cümlədən, əvvəl kiçik elmi işçi, sonra elmi işçi, daha sonra isə böyük elmi işçi vəzifəsinı tutub.

2016-cı ildən isə həm də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi katibidir.

İkinci iş yerləri

2012-ci ildən Bakı Dövlət Universitetinin fiziki coğrafiya kafedrasında saathesabı müəllim işləyir.

Ədəbiyyat

  1. "Coğrafiya İnstitutunun fəlsəfə doktorları:Həmidova Zərnurə Ənvər qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 20 May 2017 – 24 Oct 2020 tarixində arxivləşdirilib.
  2. "Həmidova Zərnurə Ənvər qızı". https://igaz.az/ (azərb.). AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. 18 Jun 2017 – 5 Dec 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə