İpəkçi (qəzet)

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 02:49, 29 sentyabr 2022 tarixli redaktə
İpəkçi
Format A2
Təsisçilər Şəki “İpək” şirkətiM.Salis
Baş redaktor Aydın Məmmədov
Yaranma tarixi 1933
Dil Azərbaycan dili
Qiymət pulsuz
Səhifə 4
Tiraj 1250 (15.06.2013)
ipekchi.info

“İpəkçi” qəzeti — ipəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmış qəzet. Sovet dövründə çoxtirajlı qəzet kimi nəşr edilirdi. 2018-ci ildən sonra yalnız internet-media kimi fəaliyyət göstərir.

Tarixi

“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi.

“İpəkçi” qəzetinin birinci sayı 13 mart 1933-cu il tarixdə çap olunub. Həmin vaxt “İpəkçi” qəzeti “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” və çoxtirajlı qəzet[1] idi. “İpəkçi” qəzetinin ilk redaktoru Rəsul Rəsullu olmuşdur; daha sonra qəzet Əlisgəndər Hacıyevin (1935 – 8 yanvar 1939-cu il tarixləri arasında), Ə.Yusifovun (2 fevral – 10 mart, 1939-cu il tarixləri arasında), G.Əlimovun (mart 1939 – 13 may 1940), Ə.Yusifovun (21 may, 1940-cu il tarixdə), Möhsün Kərimovum (28 may – 18 sentyabr, 1940-cı il tarixləri arasında), Paşa İsmayılovun (24 sentyabr 1940-cı il tarixdən) redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar qəzetin nəşri dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə, yenidən bərpa edilmişdir. 1958 – 1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur.

İnternetdə

2007-ci ildən qəzetin internet saytları fəaliyyət göstərir. 2018-ci ilin əvvəlində isə qəzetin rusca saytı da fəaliyyətə başlayıb.

Mükafatları

“İpəkçi” qəzetinin 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin təbrik məktubu.
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983).
  • Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993).

Maraqlı

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli sayında (№33 – 34 (1967 – 1968)) başlığı.

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli (№ 33 – 34 (1967 – 1968)) buraxılışında sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarından imtina edilmiş, həmin vaxta qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olmuş qəzet, “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, o dövr üçün Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.

İstinadlar

  1. Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.