Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İrodion Nanobov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:41, 12 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İrodion İordanoviç Nanobov
Doğum tarixi ≈ 1840
Uşaqları
  • Михаил Nanobaşvili (Mişel d'Arial), tenor, opera solisti;
  • İrakli İrodionoviç Nanobov
  • Aleksiy İrodionoviç Nanobov
Atası İordan
Peşəsi keşiş (pravoslav)

İrodion İordanoviç Nanobov (rus.: Иродион Иорданович Нанобов) — pravoslav kilsə xadimi, 1877 – 1884-cü illərdə Nuxa Üçmüqəddəs kilsəsinin, daha sonra Zaqafqaziya Dəmir yolları kilsəsinin keşişi olub. Məşhur tenor, opera solisti Mişel d'Arialın atasıdır.

Haqqında məlumatlar

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

1876-cı ildə Telavi ruhani məktəbində xəttatlıq və nəğmə fənni[1], Telavi müq. Nina qadın təhsil müəssisəsində isə öz təriqəti üzrə dini qaydalar (həm də gürcü dili) dərsi deyirdi[2]. 1877-ci ildə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olub. 8 noyabr 1877-ci il tarixli “Kavkaz” qəzetində göstərilir ki Nuxa şəhər kilsəsinin keşişi İrodion Nanabov 117 manat 85 qəpik pul toplayıb Qızıl Xaçın Qafqaz Bölməsinə təhvil verib[3].

Tarixi 1880-сı ildən əvvələ aid edilməyən bir sənəddə də Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olduğu, yaşının isə 40 olması qeyd edilib[4].

1881, 1883 və 1884-ci il mənbələrində də Nuxada keşiş olması və üçillik Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs deməsi göstərilir[5][6][7].

1887-ci ildə Zaqafqaziya Dəmir yolları kilsəsinin keşişi idi[8].

1896-cı ildə Tiflisdəki Zaqafqaziya Dəmir yolları məktəbində öz təriqəti üzrə dini dərs deyirdi. Oğlu Aleksiy İrodionoviç Nanobov da həmin vaxt, həmin məktəbin müəllimi idi[9].

Bəzi məlumatlara görə İrodion Nanabovun gözəl səsi varmış və keşişlikdən əvvəl Gürcüstan ekzarxı yanında xor ansamblının üzvü olubmuş; oğlu Mixail Nanobaşvili isə dünyada tanınan tenor olub, 1920-ci ildə Parisə mühacirət etmiş “Mişel d'Arial” adı ilə orada opera solisti kimi fəaliyyət göstərmişdir[10].

İstinadlar

Ədəbiyyat

  1. Кавказ. — Тифлис, 1877. — № 226.
  2. Духовныя училища: // Кавказский календарь. — Тифлис, 1876 (2). — С. 65.
  3. Телавское женское учебное заведение Св. Нины. // Кавказский календарь. — Тифлис, 1876. — С. 87.
  4. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1881.
  5. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1883.
  6. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1884. — С. 92.
  7. Тифлисск. дирекция народн. училищ. // Кавказский календарь. — Тифлис, 1895. — С. 277.
  8. "Нанобов Иродион Иорданович" (русский). fgurgia.ru. 1880. 23.09.2019 tarixində arxivləşdirilib.
  9. Де Бур Юрий Львович - российский, советский и латвийский актёр (rus.). ourbaku.com (2016). Arxivləşdirilib (23 sentyabr 2019).
  10. Мишель д’Ариал – грузинский тенор «Гранд-опера» (rus.). 5nata5.livejournal.com (2012). Arxivləşdirilib (24 sentyabr 2019).

Şablon:Yaxşı məqalə