İsfəndiyar Vahabzadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 08:06, 2 sentyabr 2021 tarixli redaktə
İsfəndiyar Vahabzadə
Vahabzadə İsfəndiyar Bəxtiyar oğlu
İsfəndiyar Vahabzadə
İsfəndiyar Vahabzadə.
Doğum tarixi 4 avqust 1954 (1954-08-04) (69 yaş)
Doğum yeri Bakı Azərbaycan SSR, SSRİ
Atası Bəxtiyar Vahabzadə
Vətəndaşlıq SSRİ Azərbaycan
Peşələri şərqşünas,
filoloq
diplomat
Milliyyəti azərbaycanlı
İxtisası şərqşünas
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi (1971−1976)

Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbi (1986−1988)
Mükafatları Belarus Yazıçılar İttifaqının “Qızıl Qələm” mükafatı

İsfəndiyar Vahabzadə — filologiya elmləri doktoru, professor, Moldova Elmlər Akademiyasının həqiqi üzvü, diplomat və dövlət xadimi. Müxtəlif illərdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, bir sıra ölkələrdə Azərbaycan Respublikasının səfiri və s. vəzifələrdə çalışmışdır. Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğludur.

Haqqında məlumatlar

4 avqust 1954-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

1971 − 1976-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində,

1986 − 1988-ci illərdə Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbində,

1994-cü ildə Türkiyə Respublikasındakı diplomatik kurslarda təhsil alıb.

Əmək fəaliyyəti

1976 − 1979-cu illərdə İran hərbi zavodlarında tərcüməçi işləyib.

1979 − 1983-cü illərdə Azərbaycan LKGİ MK-da referent,

1983 − 1985-ci illərdə Əfqanıstanda hərbi tərcüməçi,

1985 − 1986-cı illərdə Azərbaycan LKGİ MK-da baş referent,

1988 − 1990-cı illərdə Azərbaycan KP MK Bakı şəhər Partiya Komitəsinin təşkilat işi şöbəsində təlimatçı,

1990 − 1991-ci illərdə isə Bakı şəhər 26 Bakı komissarı rayonunun icraiyyə komitəsinin sədri,

1991 − 1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri,

1994 − 1997-ci illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini,

1997 − 1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri,

1999 − 2002-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlardakı səlahiyyətli nümayəndəsi,

2002 − 2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecində müəllim,

2004 − 2005-ci illərdə Azərbaycan Respublikası Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini,

2005 − 2011-ci illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri,

2011 − 2017-ci illərdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.

Digər

Filologiya elmləri doktoru və professordur, Moldova Elmlər Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan və Belarus yazıçılar birliyinin, Belarus Jurnalistlər İttifaqının üzvüdür. Belarus yazıçılar ittifaqının “Qızıl Qələm” ordeni ilə təltif edilib. Fars, dari, türk və rus dillərini bilir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Vahabzadə İsfəndiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 553-555. — 1.000 nüsx..