İsmayıl Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 01:53, 26 avqust 2021 tarixli redaktə
İsmayıl Hacıyev
Hacıyev İsmayıl Cövdət oğlu
İsmayıl Hacıyev
İsmayıl Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 18 noyabr 1949 (1949-11-18) (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan və
Peşələri kompozitor və bəstəkar
Təhsili
  • Azərbaycan Dövlət Konservatoriyası (1969 – 1973);
  • Leninqrad Dövlət Konservatoriyası (1975 – 1981)

İsmayıl Hacıyev – Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor, Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və «İpək yolu» Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti[1].

Haqqında məlumatlar

1949-cu ildə Bakıda anadan olub.

1973-cü üldə musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv olub. Elə bu ildən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başlayıb.

1975 – 1981-ci illərdə Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik bəstəkarlıq ixtisası üzrə təhsil alıb.

1981 – 1985-ci illərdə D.D.Şostakoviç adına Leninqrad filarmoniyasında(ru) dirijor köməkçisi vəzifəni tutub;

1981 – 1983-cü illərdə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru Aleksandr Dmitriyevin(ru),
1983 – 1985-ci illərdə isə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru, görkəmli sovet dirijoru və pianoçusu, SSRİ xalq artisti Yevgeni Mravinskinin(ru) dirijor köməkçisi olub.

1985-ci ildə Azərbaycanda «İlham» adlı klassik və müasir musiqi kamera orkestrini yaradıb. Bu orkestr ilə bütün dünyanı gəzib və çoxsaylı uğurlu tamaşalar verib.

1999-cu ildən Kanadada yaşayır. 2001-ci ildə Kanadada «İpək Yolu» Kamera Orkestrini qurdu. Bu orkestrlə Toronto[2], Ottava[3] və Niaqara-on-te-Leykdə[4] uğurlu çıxışlar edib.

Ailəsi

  • Atası – Cövdət Hacıyev, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
  • Anası – Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
  • Bacısı - Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.

İstinadlar

  1. Ismayil Hajiyev: "Mehriban Aliyeva provides huge support to Azerbaijani music" (vestnikkavkaza.net)
  2. Elmira Aliyeva. Неугасимое чувство родины 6 iyul 2011 il tarixdə arxivləşdirilib.. Kaspiy 16 January 2010. Retrieved on 9 September 2010.
  3. В Канаде звучала азербайджанская музыка. 1news.az. 14 December 2007. Retrieved on 9 September 2010.
  4. Америка в восторге 6 iyul 2011 il tarixdə arxivləşdirilib. Kaspiy. 3 September 2010. Retrieved on 9 September 2010.

Şablon:Yaxşı məqalə