Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İsmayıl xan Xoyski

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 01:19, 5 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İsmayıl xan Xoyski
İsmayıl xan Xoyski
Şəki xanı
3 sentyabr, 1814 — 5 avqust 1819
Tacqoyma 22 may, 1815
Sələfi Cəfərqulu xan Xoyski
Xələfi Şəki xanlığı ləğv olundu
Şəxsi məlumatlar
Doğum yeri Xoy, İran
Vəfat tarixi 5 avqust 1819(1819-08-05)
Vəfat yeri Nuxa
Dəfn yeri Kərbəla
Dini islam, şiə
Atası Cəfərqulu xan Xoyski
Anası Şərəfnisə bəyim
Həyat yoldaşı Tuti ağa Məhəmmədhəsən xan qızı
Uşaqları 2 qız; 1.Səadət bəyim 2.?

İsmayıl xan Xoyski (? – 1819)– Şəki xanı (1814 – 1819), atası Cəfərqulu xan Xoyskinin vəfatından sonra Şəkidə hakimiyyətə keçmişdir.

Haqqında məlumatlar

İsmayıl xanın arvadı olmuş Tuti ağanın Şəki Xan qəbiristanlığındakı qəbri, 2009-cu il.

Çar Aleksandrın 22 may (Yuli təqvimi ilə: 10 may) 1815-ci il tarixli fərmanı ilə rəsmi şəkildə Şəki xanı kimi təsdiqlənmişdir. Lakin o, atasından fərqli olaraq, rus hakimiyyət dairələrinin ümidlərini doğrultmamışdı. Yüksək çinli rus məmurlarının öz aralarındakı yazışmalarında İsmayıl xanı hətta “böyük axmaq” da adlandırmışdılar. Nəhayət, İsmayıl xan xəstələndi və bir həftəlik yataq vəziyyətindən sonra 5 avqust (Yuli təqvimi ilə: 24 iyul) 1819-cu il tarixdə öldü. Belə bir fürsət gözləyən ruslar isə onun oğul varisinin olmamasını bəhanə edərək Şəki xanlığının ləğv edildiyini və yerində Şəki əyalətinin yaradıldığını elan etdilər. Şamaxı xanı Mustafa xan o vaxt iddia etmişdir ki, İsmayıl xanı ruslar öldürüblər. Ruslar isə öz növbələrində onun, bacısı Sara bəyim tərəfindən zəhərlənməsindən şübhələndiklərini bildirirdilər.

Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, “Kiçik ağa” ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə əvvəl 1300, sonra isə 2300; Kəlbəli bəyin anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək “məsləhət” görüldü.

İsmayıl xanın ölümündən sonra əmisi oğlu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən müraciət edərək mərhumun nəşinin Kərbəlaya aparılması üçün təşkilati köməklik göstərilməsini istəmişdir.

İsmayıl xanın arvadı Şəkinin yerli xanlarından olan Məhəmmədhəsən xanın qızı Tuti ağa idi. Tüti ağa isə İsmayıl xanın 2 qızının anası idi və bu qızlardan biri isə İsmayıl xanın ölümündən bir-neçə gün sonra dünyaya gəlmişdir.

Mənbə

  • Aydın Məmmədov. Fətəli xan Xoyskinin əsli nəcabətinə dair faktlar, “Elm” qəzeti, 4 oktyabr, 2002-ci il.

Qeydlər

  1. Onlar özlərini Xəlifə Harun ər-Rəşidin vəziri olmuş Cəfər Bərməkinin nəslindən hesab edirdilər.

Xarici keçidlər

Aydın Məmmədov. Fətəli xan Xoyskinin əsli nəcabətinə dair faktlar

Həmçinin bax