Şablon:14 avqust

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 01:09, 15 avqust 2022 tarixli redaktə

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Arzu Abdulhəmidov
Arzu Abdulhəmidov

14 avqust

  • Tanınmış ictimai-siyasi fəal, iş adamı, “Şəki Sərnişin” ASC-nin sədri Arzu Abdulhəmidov 14 avqust 1956-cı il tarixdə Kirovabad (indiki Gəncə) şəhərində anadan olub.

Şəkil: Arzu Abdulhəmidov.



Lütfəli Məmmədov
Lütfəli Məmmədov

14 avqust

  • Tanınmış muğam ifaçısı və zil səsə malik olmuş ustad xanəndə Lütfəli Məmmədov (1919–1994) 14 avqust 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, “Segah”, “Rast”, “Mahur”, “Şahnaz” muğamlarının, “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” ritmik muğamlarının, “Nəbi”, “Gül açdı”, “Bəh-bəh”, “Sona bülbüllər” xalq mahnılarının əvəzsiz ifaçılarından biri hesab edilirdi.

Şəkil: Lütfəli Məmmədov, 1980-cı il.



Rafiq Sədrəddinov
Rafiq Sədrəddinov

14 avqust

  • Tanınmış jurnalist, “Kaspi” qəzetinin əməkdaşı Rafiq Sədrəddinov (1945–2013) 14 avqust 1945-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, sovet dövründə Moskvada çıxan “Sovetski sport”, “Qudok” qəzetlərin Azərbaycan üzrə xüsusi müxbiri, Sov.İKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinin baş müfəttişi və s. vəzifələrdə çalışmışdır.

Şəkil: Rafiq Sədrəddinov, 2009-cu il.



Rəşad Rəşidov
Rəşad Rəşidov

14 avqust

  • Tanınmış təhsil işçisi və pedaqoq Rəşad Rəşidov 14 avqust 1946-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub. O, müxtəlif illərdə Şəki şəhər 91 №-li peşə məktəbinin direktoru, Şəki şəhər 1 №-li texniki peşə məktəbinin direktoru, Şəki Şəhər Təhsil Şöbəsində tərbiyə işinin istiqamətləndirilməsi üzrə metodist və s. vəzifələrdə çalışmışdır.

Şəkil: Rəşad Rəşidov.




<<əvvəlki gün 14 avqust sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)