Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:17 noyabr

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:56, 26 may 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Həmid Abbasbəyli

17 noyabr

  • Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Həmid Abbasbəyli (1991–2020) 17 noyabr 1991-ci il tarixdə Bakının Binəqədi rayonunda anadan olub.

Şəkil: Həmid Abbasbəyli.



Məmmədiyyə Yusifzadə

17 noyabr

Şəkil: Məmmədiyyə Yusifzadə.



Teymur Rüstəmov

17 noyabr

  • Tanınmış heykəltəraş, Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsinin müəlliflərindən biri Teymur Rüstəmov 17 noyabr 1960-cı il tarixdə Bakıda anadan olub. O, görkəmli heykəltəraş və medalyer Aslan Rüstəmovun oğlu, Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı oğlu, tanınmış heykəltəraş Mahmud Rüstəmovun qardaşı, tanınmış bloger və Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru Aytən Rüstəmovanın həyat yoldaşıdır.

Şəkil: Teymur Rüstəmov.



Yusif Hacıyev

17 noyabr

  • Böyük Vətən müharibəsində həlak olmuş qvardiya kiçik leytenantı Yusif Hacıyev (1919–1944) 17 noyabr 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Yusif Hacıyev.



Əbdürəhman Abdullayev

17 noyabr

Şəkil: Əbdürəhman Abdullayev, 1976-cı il.



Məmmədhənifə Musayev

17 noyabr

  • Pedaqoq-alim, professor Məmmədhənifə Musayev (1941–2004) 17 noyabr 2004-cü il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. O, müxtəlif illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutun rektoru, Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi vəzifələrində çalışıb. 2015 və 2020-ci illərdə 110 saylı Zaqatala Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Elşən Musayevin atasıdır.

Şəkil: Məmmədhənifə Musayev, 1998-ci il.



Əlövsət Sadıqov

17 noyabr

  • Güclü zil səsə, gözəl zəngulələrə malik müğənni (lirik tenor), Azərbaycan xalq mahnılarının və muğamların mahir ifaçısı, Azərbaycan SSR xalq artisti Əlövsət Sadıqov (1906–1971) 17 noyabr 1970-cı il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Şəkil: Əlövsət Sadıqov.





<<əvvəlki gün 17 noyabr sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)