Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:30 noyabr

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:37, 30 noyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Ceyhun Əhmədxanov

30 noyabr

  • Tibb xidməti kapitanı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı Ceyhun Əhmədxanov (1988–2021) 30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub.

Şəkil: Ceyhun Əhmədxanov.



Elçin Nəbiyev

30 noyabr

  • — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı Elçin Nəbiyev (1967–2021) 30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub.

Şəkil: Elçin Nəbiyev.



Səyyarə Rəşidova

30 noyabr

  • Böyük Vətən müharibəsi illərindən etibarən sovet dövrünün sonlarınadək Azərbaycanda müxtəlif məsul vəzifələrdə çalışmış tanınmış qadın kadr və iqtisadçı Səyyarə Rəşidova (1923–1996) 30 noyabr 1996-cı il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.

Şəkil: Səyyarə Rəşidova.



Yusif Əbdürrəhmanov

30 noyabr

  • Biologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR EA Zoologiya İnstitutunun ixtiologiya laboratoriyasının müdiri Yusif Əbdürrəhmanov (1912–1977) 30 noyabr 1977-ci il tarixdə – 65 yaşında, Bakıda vəfat edib. Bakıda – İkinci Fəxri Xiyabanda dəfn olunub.

Şəkil: Yusif Əbdürrəhmanov.




<<əvvəlki gün 30 noyabr sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)