Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:7 may

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:03, 8 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Ramil Babazadə

6–7 may

  • KAİST Universitetinin (Cənubi Koreya) tələbəsi Ramil Babazadə 6 may 2001-ci il tarixdə Şəkidə anadan olub. O, orta məktəb şagirdi olarkən – 2016–2018-ci illərdə, beynəlxalq fənn olimpiyadalarında 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmış, həmçinin, 2017-2018-ci illərdə Respublika Fənn Olimpiadasının qalibi olmuşdur.

Şəkil: Ramil Babazadə.



Baba Babazadə

6–7 may

  • Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Baba Babazadə (1955–2011) 6 may 2011-ci il tarixdə – 56 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şəkil: Baba Babazadə.



Zaman bəy Şeyxəlibəyov

6–7 may

  • Tərcüməçi, diplomat və dövlət xadimi Zaman bəy Şeyxəlibəyov (1838–1904) 6 may (23 aprel) 1904-cü il tarixdə – 65 yaşında, Daşkənddə vəfat edib. O, müxtəlif illərdə dörd dövlətə xidmət etmiş, həmçinin, Rusiya İmperiyasının dövlət müşaviri (rus.: статский советник) mülki məmur rütbəsinı daşımışdır, hansı ki bu general-mayor və polkovnik hərbi rütbələri arasındakı hərbi rütbəyə uyğun idi.

Şəkil: Zaman bəy Şeyxəlibəyov.



Əfsər Abdullayev

6–7 may

  • Sovet dövründə Şəkidə ticarətin və mühasibat uçotunun təşkili sahəsində məsul vəzifələr tutmuş Əfsər Abdullayev (1926–2010) 6 may 2010-cu il tarixdə – 83 yaşında, Şəkidə vəfat edib. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilmişdir.

Şəkil: Əfsər Abdullayev.



Məmməd Hacıyev

7 – 8 may

  • Tanınmış həkim, Əmək qəhrəmanı, Azərbaycan SSR əməkdar həkimi, Nuxa şəhər xəstəxanasının baş həkimi Məmməd Hacıyev (1890–1954) 8 may (26 aprel) 1890-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1903–1911-ci illərdə Kerç Aleksandr gimnaziyasında, 1911–1916-cı illərdə isə Novorossiya Universitetinin (Odessa) tibb fakültəsində təhsil alıb.

Şəkil: Məmməd Hacıyev.



7 – 8 may

Şəkil: Əmanət Abbasova, 1975-ci il.


<<əvvəlki gün 7 may sonrakı gün>>