Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 12:24, 14 oktyabr 2021 tarixli redaktə
Fərəh Əliyeva
Fərəh Əliyeva
  • 6 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva 60 yaşının tamam olması münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.


Aytən Rustəmova.
Aytən Rustəmova.
  • 1 sentyabr 2021-ci il tarixdən Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktorudur. O, buna qədər həmin bankın Tacikistan bürosunun rəhbəri vəzifəsində çalışmışdır.


Ü.Hacıbəyovun heykəli, Şuşa, 2021-ci il.
Ü.Hacıbəyovun heykəli, Şuşa, 2021-ci il.


Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində
  • 3 iyul 2021-ci il tarixdə – günortadan sonra, 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (?–1780) qəbri (Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə idi) açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.


  • 19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafata layiq görülüb.


  • 13 may 2021-ci il tarixdə görkəmli sovet və Azərbaycan hərbçisi, general-polkovnik Tofiq Ağahüseynov 98 yaşında Bakıda vəfat edib. O, SSRİ-də general-polkovnik rütbəsinə malik olmuş yeganə azərbaycanlı olub.


Qalib Rüstəmov
Qalib Rüstəmov
  • 10 aprel 2021-ci il tarixdə coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov 68 yaşında Bakıda vəfat edib.


Emin Məmmədov
Emin Məmmədov
  • 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Emin Məmmədovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Şablondan istifadə təlimatı[yarat]
Arxiv>>