Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:33, 2 iyul 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəfsan Həbibullayev5.png
  • 1 iyul 2022-ci il tarixdə Rəfsan Həbibullayev Cənubi Koreyanın KAİST Universitetinin tələbələri sırasına qəbul olunub. Daha əvvəl beynəlxalq fənn olimiyadalarında qazandığı uğurları ona təhsilini dünyanın istənilən aparıcı təhsil müəssisələrindən birində və təqaüdlə davam etdirmək imkanı yaradırdı və o da bu universiteti seçmişdir.


Süleyman Süleymanlı2.jpg
  • 15 – 24 iyun 2022-ci il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində Şəki Şahmat Məktəbinin yetirməsi FİDE Ustası (FM) Süleyman Süleymanlı öz yaş qrupu üzrə 2-ci yeri tutaraq Avropa çempionatına vəsiqə qazanıb.


Eldar Zülfüqarzadə.jpg
  • 24 iyun 2022-ci il tarixdə ABŞ-dakı azərbaycanlı icmasının görkəmli nümayəndəsi, tanınmış metroloq alim, texnika elmləri namizədi, Rusiya Metroloji Akademiyasının həqiqi üzvü Eldar Zülfüqarzadə ABŞ-da – 83 yaşında, vəfat edib.


Mehriban Rəhimova.jpg
  • 21 iyun 2022-ci il tarixdə — Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana etdiyi rəsmi səfəri zamanı, bir tədbirdə onu salamlamış və azərbaycanca çıxış etmiş Daşkənd şəhər Mirabad rayon Dəmiryolçular məhələ komitəsinin sədri Mehriban Ziyadxan qızı Rəhimova çıxışında həm də Şəkidə anadan olduğunu və 19 yaşından Özbəkistanda yaşadığını da bildirmişdir.


Firəngiz Əlizadə2.jpg


Fuad Əbdürəhmanov2.jpg
  • 25 may 2022-ci il tarixdə Nizami Kino Mərkəzində (Bakı) görkəmli heykəltəraş-monumentalist Fuad Əbdürrəhmanov (1915–1971) haqqında “Monumental həyat” sənədli filminin təqdimatı olub.


Rəfsan Həbibullayev5.png
  • 20 – 24 may 2022-ci il tarixləri arasında Lyublyanada (Sloveniya) keçirilmiş Avropa Fizika Olimpiadasında Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev bürünc medal qazanıb.


İsgəndər Şəkinski.jpg
  • 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman şöbəsi müdirinin müavini İsgəndər Hikmət oğlu Şəkinski uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Məmmədəmin Şəkinskinin nəvəsi, Əkrəm Şəkinskinin isə qardaşı oğlu idi.


Səməd Nəbiyev2.jpeg


Elxan Məmmədov.jpg
  • 1 may 2022-ci il tarixdən Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində işləməyə başlayıb. O, 2007-ci ildən AFFA-nın baş katibi idi.


Teymur Rüstəmov0.jpg
  • 16 aprel 2022-ci il tarixdə Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyində (Bişkek) tanınmış heykəltəraş Teymur Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb.
Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>