Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:28, 8 iyun 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fikrət Əsgərov.jpg


Rasim Abbaszadə.jpg
  • 8 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi keçirdiyi respublika fənn olimpiadalarının nəticələrini açıqlayıb. Qaliblərin arasında Şəkidəki Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin şagirdi Rasim Abbaszadə də var. O, aşağı (8-9-cu sinif) yaş qrupunda biologiya fənni üzrə Qızıl medal alıb.


Aydin Suleymanli 2017.jpg


Süleyman Süleymanlı.jpg
  • 12 – 22 aprel 2023-ci il tarixləri arasında Yunanıstanın Rodos şəhərində keçirilən 7 – 17 yaşlı məktəblilər arasında şahmat üzrə Dünya çempionatında FİDE Ustası (FM) Süleyman Süleymanlı Gümüş medal qazanıb (U17 yaş kateqoriyası, oğlanlar arasında).


Vahid Qəniyev.JPG
  • 19 mart 2023-cü il tarixdə Şəki şəhərinin və Şəki rayonunun sabiq meri Vahid Qəniyev 93 yaşında Şəkidə vəfat edib. O, 1971 – 1991-ci illərdə əvvəl Şəki şəhər, sonra isə Şəki rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.


Aqaəli Cəlilov.jpg
  • 14 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisinin səlahiyyətini Aqaəli Cəlilov icra etməyə başlayıb. O, 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktorudur.


Səbinə Hacıyeva2.png
  • 1 mart 2023-cü il tarixdə memarlıq üzrə elmlər doktoru Səbinə Hacıyeva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.


  • 2 fevral 2023-cü il tarixdə “Gənclər Günü” münasibəti ilə Şəki Dövlət Rəsm Qalereyasında Şəkidə fəaliyyət göstərən tanınmış rəssam, Şəki Sənətkarlar Evinin xovlu tikmə ustası Rəhman Yunusovun fərdi sərgisi açılıb.


Azər Mustafazadə.jpg


Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>