Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şahin Aydəmir

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Kitabları) tərəfindən edilmiş 14:50, 30 yanvar 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şahin Aydəmir
Aydəmirov Şahin Balı oğlu
Şahin Aydəmir
Şahin Aydəmir.
Doğum tarixi 31 yanvar 1966 (1966-01-31) (58 yaş)
Doğum yeri Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili S.M.Kirov adına Bakı Dövlət Universiteti, filologiya fakültəsi (–1992)
facebook hesabı

Şahin Aydəmir — tanınmış jurnalist, publisist və yazıçı. 10-dan çox kitabın müəllifidir.

Haqqında məlumatlar

31 yanvar 1966-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1984-cü ildə Baş Göynük kənd 2 №-li məktəbini,

1992-ci ildə S.M.Kirov adına Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

1992 – 1994-cü illərdə “Doğru yol” qəzetində şöbə müdiri,

1994 – 1996-cı illərdə “Arı” satirik qəzetinin redaktoru,

1997 – 2000-ci illərdə “Gülüstan” qəzetinin baş redaktoru,

2000 – 2004-cü illərdə “Demokratiya” qəzetinin redaktoru,

2004 – 2005-ci illərdə “Vətənpərvərlər” qəzetinin redaktoru,

2005 – 2006-cı illərdə “Xarı Bülbül” jurnalının baş redaktoru,

2006 – 2007-cı illərdə “Müstəqil Hüquqşünas” qəzetinin baş redaktoru,

2007 – 2011-ci illərdə “Azad hüquqşünas” qəzetinin redaktoru,

2011-ci ildən isə “Korrupsiya və Dövlətçilik” qəzetinin baş redaktoru olub.

Kitabları

  • Əsrin fədailəri (1988);
  • Üzü bəri baxan dağlar (2006);
  • Tikdi ki, izi qalsın (2007);
  • Kimlər gəldi, kinlər getdi bu dünyadan (1 с. 2006, II с. 2007);
  • Heyf səndən, ay Laçın (2008);
  • XX əsrin elitar qadınları (2008);
  • Mübarizə (2010);
  • Göynük və göynüklülər (2008);
  • Qəriblikdə yaşanan illər” (2011);
  • 100 Böyük şəkili (2012);
  • Mübariz insan (həmmüəllif: 2016);
  • Mənalı ömür (həmnüəllif, 2017).

Ədəbiyyat

  1. Orsər R. Şahin Aydəmir // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 716-720. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.