Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şin

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:01, 23 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
kənd
Şin
Shin voyage.jpg
Şin kəndi, Şinaz qalasından görüntü (2015-cü il).
Ölkə Azərbaycan
Rayon Şəki
Koordinatlar 41°21′12″N 47°6′47″E / 41.35333°N 47.11306°E / 41.35333; 47.11306 Map marker.svg41°21′12″N 47°6′47″E / 41.35333°N 47.11306°E / 41.35333; 47.11306
İnzibati ərazi dairəsi (İƏD) Baş Layısqı kənd inzibati ərazi dairəsi
İƏD üzrə Şəki şəhər icra
hakimiyyəti başçısının
nümayəndəsi
Yusibov Nizami
Bələdiyyə Şin bələdiyyəsi
Bələdiyyə sədri Həsənov Namiq
İlk məlumat 1824
Əhalisi 1543 nəfər (2009)
Milli tərkibi ləzgilər (rutullar)
Saat qurşağı UTC+04:00
Poçt indeksi AZ5516
Xəritəni aç/bağla
Şin (Azərbaycan)
Red pog.png
Şin (Şəki rayonu)
Red pog.png


ŞinAzərbaycan Respublikasının Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Bələdiyyə başçısı Nəzakət Həsənovadır[1]

Tarixi

Birinci mərhələ: Şəki xanı Məhəmmədhəsən xanın hakimiyyəti dövründə Dağıstan Muxtar Respublikasının Rutul rayonundan 61 ailə Şin ərazisinə, 45 ailə isə Daşağıl bölgəsinə məskunlaşmışdı. Onlar atlı dəstələr təşkil edərək Məhəmmədhəsən xanla birlikdə hərbi yürüşlərdə iştirak edirdilər. Bu ailələr 1824-cü il siyahıya alınmasına qədər dövlətə vergi vermirdilər. Kəndin əsası isə Cəfərqulu xan Dünbilinin dövründə qoyuldu. Bu torpaqlar Gəray bəyə məxsus idi. Belə ki, Gəray bəyin torpaqlarında məskunlaşan ləzgilər bəyin torpaqlarını əkir və məhsulun onda bir (1/10) hissəsini bəyə vergi verirdilər.[2]

İkinci mərhələ: 1991-ci ildə Borç kəndinin dağılması nəticəsində bu kəndinin əhalisinin bir qismi cənuba, digər qismi şimala üz tutdu. Cənuba üz tutan əhali Şin kəndinin dağlıq ərazilərində və Şorsu kəndində məskunlaşdılar. Şimala gedən əhali isə Dağıstanın və Rusiyanın müxtəlif bölgələrində topar və səpələnmiş şəkildə yaşayırlar.

Coğrafiyası və iqlimi

Şin kəndi şimaldan Rusiyanın Dağıstan Respublikası ilə həmsərhəddir. Kənd LayısqıAlmalı dağları arasında yerləşir. Şin kəndini Baş Layısqı kəndindən Layısqı dağı, Baş Göynük kəndindən isə Almalı dağı ayırır. Şin kəndindən Dağıstan ərazisinə keçmək üçün ən qısa yol Salavat aşırımıdır.

Çayları

Şin kəndi dağlıq kəndlərdəndir. Şin kəndindən Şin çayı axır. Çay adını bu kənddən götürüb. Şin çayı SeyidyurdQaraqaya dağları arasında yerləşir. Çay öz başlanğıcını 3000 m.-dən götürür. Şin çayının əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayıQozludərə çaylarıdır. Qaflan çayı Şin çayının ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır.

Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür. Bu çayın dərəsinin yamacları 1700–1800 m mütləq yüksəklikdən etibarən çılpaqlanmış vəziyyətdədir.[3]

İqlimi

Kənddə əsasən qışı soyuq, yayı sərin keçən iqlim üstün mövqe tutur. Mülayim iqlim qurşağının Azərbaycan ərazisində son qurtaracağı hesab olunur. Elə buna görə də soyuq şimal küləyi əraziyə tez-tez daxil olur. Dəniz səviyyəsindən təxminən 1300 m. yüksəklikdə yerləşməsi atmosfer təzyiqindən asılı olaraq havada buludlu günlərin sayı çox olur. Nəticədə ildə 300–600 mm yağıntı müşahidə edilir. Şin kəndi dağlıq ərazi olduğundan Azərbaycana daxil olan cənub-qərb hava kütlələri həmin əraziyə qədər sərbəst hərəkət edir. Böyük Qafqaz dağlarının yüksək hündürlüklü əraziləri burada olduğundan həmin buludlar şimala yox, məhz həmin ərazidən ətraf ərazilərə hərəkət edir. Bu da yağıntının əsasən uzun müddət davam etməsinə gətirib çıxarır. Böyük Qafqaz dağlarında yüksəkliyə doğru buludluluğun azalmasını nəzərə alsaq bu ərazilərdə buludlu günlərin sayı aydın günlərin sayından kifayət qədər artıqdır.

Qonşu kəndləri

Şin kəndində yerləşən Şinaz qülləsinin sağ qalan divarları

Şin kəndinin şərq hissəsində Baş Layısqı kəndi, qərb hissəsində isə Baş Göynük kəndləri yerləşir. Baş Göynük kəndi ilə Şin kəndini Şin çayı, Baş Layısqı kəndi ilə isə Layısqı dağları ayırır.

Əhalisi

2009-cu il siyahıya alınmasına əsasən Şin kəndinin əhalisi 1999-2009-cu illər ərzində 96 nəfər artaraq 1543 nəfərə çatıb.[4] Kəndin əhalisi bütünlükdə rutullardan ibarətdir. Onlar əsasən Dağıstanın Rutul rayonundan və Borç kəndindən gələmələrdir. Kənd əhalisi islam dininə etiqad edir. Kəndin mərkəzində Cümə məscidi inşa edilmiş və kənd əhalisi ibadətlərini burda edirlər. Kəndin əhalisi Rutul dilinin Şinaz şivəsində danışır. Son dövrlər kəndin ziyalıları tərəfindən Şinaz əlifbasını tərtib etmişlər. Kəndin dağlıq hissəsində Borç şivəsində, daha mərkəzində və aşağı hissəsində isə Şinaz şivəsində danışırlar.

İqtisadiyyatı

Kənd əhalisi əsasən əkinçilik, taxılçılıq və xırdabuynuzlu maldarlıqla məşğul olur. Əkinçilər əsasən lobya, pomidor, xiyar, qarğıdalı və s. bitkiləri əkib becərirlər. Ən çox əkilən bitki isə lobyadır. Bu baxımdan Şin lobyası keyfiyyətinə görə xüsusilə tanınır.

Mədəniyyəti

Şin kəndi ilə Baş Layısqı kəndi arasında, Layısqı dağının ətəklərində Ruslar tərəfindən XIX əsrdə inşa edildiyi güman edilən Şinaz qülləsi yerləşir. Şinaz qülləsi bu ərazidə gözətçi qüllə rolunu oynayırdı. Yerli əhali qalanı Eşik qalası adlandırırlar.

Şin kəndində Mərkəzləşdirilmiş Kitabxana sisteminin 65 saylı filialı, bir kənd klubu, bir tibb məntəqəsi, uşaq baxçası və orta məktəb fəaliyyət göstərir

Həmçinin bax

İstinadlar