Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şəki Ensiklopediyası:Xəbərlər arxivi/2022

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosu Şəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosu Şəki Ensiklopediyasının kiçik loqosu
2022-ci il (2)
Teymur Rüstəmov0.jpg
  • 16 aprel 2022-ci il tarixdə Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyində (Bişkek) tanınmış heykəltəraş Teymur Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb.

Süleyman Süleymanlı2.jpg
  • 10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvan şəhərində keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində Şəki Şahmat Məktəbinin yetirməsi, FİDE Ustalığa namizədi Süleyman Süleymanlı 9 oyundan 7 xal toplayaraq turnirin qalibi olub. Bununla yanaşı Süleymanlı Süleymanlı FM (FİDE Ustası) adını əldə edib.

  • 12 aprel 2022-ci il tarixdə tanınmış kimyaçı alim, Ayova Universitetinin (ABŞ) əməkdaşı Həkim Muradov – 63 yaşında, ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Roli (ing.: Raleigh) şəhərində vəfat edib. O, 29 oktyabr 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində anadan olmuşdu və 1998-ci ildən həmin universitetdə işləyirdi.

Elvin Məmmədov.jpg
  • 8 aprel 2022-ci il tarixdə “Lipetsksement” Səhmdar Cəmiyyətinin (Rusiya Federasiyası) baş direktoru Elvin Məmmədov Şəki rayonunun Baş Küngüt kənd qəbiristanlığında dəfn edilib. O, 3 aprel 2022-ci il tarixdə Moskvada Lipetskiyə qayıtmaq üçün dəmir yol vağzalında qatar gözləyərkən qəflətən ürək tutmasından 36 yaşında vəfat etmişdir.

Kamil Adışirinov2.jpg
  • 30 mart 2022-ci il tarixdə filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.
2022-ci il (1)
Gulnaz Salamova.jpg

Albert Mustafayev 2019b.jpg
  • 4 mart 2022-ci il tarixdə tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi Albert Mustafayev 91 yaşında Bakıda vəfat edib. Elə həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.

Tərlan Nəsibov2.jpg
  • 27 yanvar 2022-ci il tarixdə Tərlan Nəsibov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təsdiqlənib.

Ləman Cəlilova.jpg
  • 24 yanvar 2022-ci il tarixdə Ləman Cəlilova dünyanın ən presektivli texniki təhsil müəssisələrindən birinə — Massaçusets Texnologiya İnstitutuna (Kembric şəhəri, Massaçusets ştatı, ABŞ), tam təqaüdlə qəbul olunması ilə bağlı e-bildiriş alıb.

İslam Hacaliyev2.jpg
  • 3 – 9 yanvar 2022-ci il tarixləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Suraxanı Şahmat Məktəbində keçirilmiş “Happy New Year” şahmat turnirində Şəki Şəhər Şahmat Məktəbinin nümayəndəsi İslam Hacəliyev U14 yaş kateqoriyası üzrə 8 xal toplayaraq 1-ci yeri tutub.

Rəna Abbasova.jpg
  • 1 yanvar 2022-ci il tarixdən etibarən Rəna Abbasova Nyu-York (ABŞ) Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsində protokol şöbəsinin müdiri vəzifəsində işləməyə başlayıb. O, 2016–2021-cı illərdə Bruklin (Nyu-York, ABŞ) bələdiyyəsi başçısının müşaviri olmuşdur.