Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Əliabbas Qədimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:51, 2 oktyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əliabbas Qədimov
Qədimov Əliabbas Əli oğlu
Əliabbas Qədimov
Əliabbas Qədimov, həbsxanada çəkilmiş fotoşəkilləri, 1937-ci il.
Doğum tarixi 1887(1887-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 28 sentyabr 1937(1937-09-28) (50 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi repressiya
Həyat yoldaşı Nazilə
Uşaqları Nazan, Ləman, Ürfan və Turqut
Təhsili

 • Kazan Universiteti, tibb fakültəsi (1906–1907),

 • İstanbul Universiteti, tibb fakültəsi (1911–1916)

Əlabbas Qədimov (1887–1937) — XX əsrin birinci rübündə və ikinci rübünün birinci yarısında, indiki Azərbaycan Respublikasının ərazisində və bir sıra qonşu ölkələrdə aktiv siyasi fəaliyyətlə məşğul olmuş şəxs. Stokholmda keçirilmiş Avropa sosialistlərinin konfransında da iştirak etmişdir. İxtisasca həkim idi. 1937-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün qərarına əsasən güllələnib.

Haqqında məlumatlar

1887-ci ildə Nuxada anadan olub.

Təhsili

1896 – 1905-cı illərdə Aşqabad gimnaziyasında natamam təhsil alıb.

1906-c ildə Yelizavetpol (indiki Gəncə) gimnaziyasını bitirib.

1906 – 1907-ci illərdə Kazan Universitetinin tibb fakültəsində natamam təhsil alıb.

1911 – 1916-cı illərdə İstanbul Universitetinin tibb fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1908-dən sonra bir müddət Bakıda – Bibiheybət zavodlarında işləyib.

1916 – 1918-ci illər arasında Türkiyədə hərbi qulluğa çağırılıb və Osmanlı ordusunda həkim işləyib.

17 noyabr 1918-ci il tarixdən Nuxa şəhərində oturmaqla Cəfərabad kənd həkimi təyin edilib.

1 yanvar 1919-cu il tarixdən, eyni zamanda Nuxa qadın gimnaziyasında həkim işləyib.

20 mart 1919-cu il tarixdən Nuxa şəhərinin həkimi və şəhər xəstəxanasının müdiri (Cəfərabad kənd həkimliyindən çıxıb),

1919-cu ilin may ayından isə Nuxa qəzasının həkimi,

17 aprel 1921-ci il tarixdə Nuxa Şəhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

1921-ci ildən 1927-ci ilin iyuluna qədər Zaqatalada həkim işləyib.

1937-ci ildə Quba rayon poliklinikasının həkimi idi.

Siyasi fəaliyyəti

1904-cü ildə Aşqabad gimnaziyasının VII sinif şagirdi olarkən şagird təşkilatına qəbul olunub. Bir il sonra VIII sinifdə oxuyarkən siyasi iş üstündə gimnaziyadan qovulub.

Kazan Universitetinin tibb fakültəsində oxuyarkən tələbələr arasında siyasi təbliğat aparıb (eser partiyasının üzvü idi). Universitetdə fəaliyyət göstərən solçu “Mərkəzi Universitet orqanı” təşkilatı sədrinin müavini olub. 1907-nin sonunda Kazandan Asqabada qaçıb. Orada 2 dəfə vilayət dustaqxanasında həbsdə yatıb.

1908-də Türküstan ölkəsindən sürgün edilib. Lakin az müddət sonra gizli şəkildə Türküstana geri qayıdıb. As­xa­bad­da 5-6 ay gizli yaşadıqdan sonra 1909-da İrana – Məşhədə keçib. 1911-ci ildə Məşhəddə həbs edilib və Rusiya Baş konsulluğuna təhvil verilib. Lakin konsulluqdan qaça bilib. Əvvəl Tehrana, oradan Bağdada, Bağdaddan isə İstanbula gedib.

1917-də Türkiyə sosialistlərinin nümayəndələrindən biri kimi Stokholmda keçirilmiş Avropa sosialistlərinin konfransında iştirak edib.

28 aprel 1920-ci il tarixdə Nuxada kommunist (b) partiyasına üzv qəbul edilib və daha sonra partiyanın Nuxa qəzasındakı İnqilab Şurasına üzv seçilib. Lakin 10-15 gündən sonra öz xahişi ilə partiyadan çıxıb.

1920-ci il aprelindən sonra 7-ci Qafqaz diviziyasının Xüsusi Şöbəsi tərəfindən əksinqilabi fəaliyyətdə ittiham olunaraq həbs edilib, ancaq bir ay sonra həbsdən buraxılıb.

25 aprel 1921-ci il tarixdə “Tibbi-Sanitariya Əməyi” təşkilatının Nuxa şöbəsindən Nuxa Şəhər Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetinə deputat seçilib.

27 aprel 1921-ci il tarixdə isə Nuxa Qəza Sovetləri qurultayına nümayəndə seçilib. Lakin,

1 may 1921-ci il tarixdə Nuxa Qəza Sovetləri qurultayı keçirilərkən Azərbaycan SSR Fövqəladə Komitəsi tərəfindən həbs edilib və 3 may tarixində Bakıya göndərilib. 7-8 gündən sonra Nuxaya qayıtması qadağan olunmaqla sərbəst buraxılıb.

1927-ci ilin iyul ayında Azərbaycan SSR Dövlət Siyasi İdarəsi tərəfindən Zaqatalada həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum olunub.

7 yanvar 1937-cı il tarixdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən Quba şəhərində həbs edərək Bakıya göndərilib.

26 sentyabr 1937-ci il tarixdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün yığıncağında barəsində əmlakı müsadirə olunmaqla güllələnmək hökmü çıxarılıb.

Vəfatı

28 sentyabr 1937-ci il tarixdə, gecə saat 1.25-də, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün qərarına əsasən güllələnib.

Ədəbiyyat

  1. Mərdanov M., Tahirzadə Ə. QƏDİMOV Əliabbas Əli oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — IV  cild. — Səh.: 405-422. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 Apr 2021 - 28 Aug 2021.

Həmçinin, bax: