Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

İşxan Əbu Əbdülmalik

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İşxan Əbu Əbdülmalik
Şəki hökmdarı
(ranların çarı – [1])
ən tezi 1044 — ən tezi 944-dən ən geci 1110-cu ilə qədər
Sələfi Atrnerseh
Xələfi Dinar
Şəxsi məlumatlar
Sülalə Mehranilər
Atası Atrnerseh
Anası Dinar

İşxan Əbu ƏbdülmalikŞəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti hakimi, eristavlar-eristavı III Adarnasenin qızı Dinarın oğlu idi.

Həyatı və siyasi fəaliyyəti

X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi yazır ki, Х əsrin 40-cı illərində Albaniyada

" hökmdar Atrnersehin oğlu, mömin çar mübarək Hammamın nəvəsi İşxannik padşahlıq taxtına oturdu. "

İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır[2].

“Kartli salnaməsi”ə görə

" Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin bacısının oğlu idi, onun anası Dinar, onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu[3]. "

İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941 – 957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş[4].

Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına, təsadüf edən məlumatları bitir.

Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir[5].

Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariçə Dinarın adı çəkilir.

“Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat (1008–1014/15[qeyd 1]) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür[6].

Yuxarıda qeyd edildiyi kimi, çariçə Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi[7].

Həmçinin, bax:

Qeydlər

  1. 234 год грузинского хроникона соответствует 1014 году. По сообщению Аристакэса Ластивертци, Баграт скончался в 464 году армянского летосчисления, что соответствует 1015 году (см . Э. Такаишвили, указ. русский перевод, с. 161, прим. 2; К. Н. Юзбашян, комментарии к указ. переводу Аристакэса, с. 114, прим. 22((Картлис Цховреба, 2008, s. 240, qeyd 129.)).

İstinadlar

Ədəbiyyat

  1. Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). — Тбилиси: Мацниереба, 1982.
  2. Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
  3. Караулова П. А. Сведения арабских географов IX и X веков по Р.Х. о Кавказе, Армении и Адербейджане: VII, ал-Мукаддасий; VIII, Масуди; IX, Ибн Хаукал (rus.) : СМОМПК. — Тифлис, 1903.
  4. Григорян Г. М. Новонайденные надписи Ваанаванка (rus.) // Ист.-филол. журн.. — 1972. — С. 215-229.
  5. Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.