Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İbrahim Həsənov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İbrahim Həsənov
Həsənov İbrahim Sadəddin oğlu
İbrahim Həsənov
İbrahim Həsənov.
Doğum tarixi 1 yanvar 1927(1927-01-01)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 24 aprel 2002 (75 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi Məhəmməd əfəndi qəbiristanlığı Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Həsənova (Mustafayeva) Rəna Bəxtiyar qızı
Atası Həsənov Sadəddin
Anası İsrafilova Gülşən Cəfər qızı
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisad fakültəsi, maliyyə-kredit ixtisası (–1959)
Mükafatları "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
"Əməkdə fərqlənməyə görə" medalı — 1966
Adının digər versiyaları İbrahim Hesanov, İbrahim Hasenov, İbrahim Hesenov, İbrahim Hasanov, Ибрахим Гасанов, Ибраһим һәсәнов

İbrahim Həsənov (1927–2002) — tanınmış bank işçisi, Azərbaycan SSR əməkdar iqtisadçısı. Uzun müddət Şəkidə bank sektorunda müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 1975-ci ildən SSRİ Dövlət Bankının Şəki şöbəsinin müdiri olmuşdur.

Haqqında məlumatlar

1 yanvar 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1946-cı ildə Moskva Toxuculuq İnstitutuna qəbul olunub. Lakin səhhəti ilə əlaqədar olaraq Moskvada təhsilini davam etdirə bilməyib.

1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsi bitirib.

Əmək fəaliyyəti

1948-ci ildən SSRİ Dövlət Bankının Şəki şöbəsində müxtəlif vəzifələrdə çalışıb; o cümlədən, əvvəl kassa planı üzrə müfəttiş, sonra kredit müfəttişi, daha sonra kredit qrupunun rəhbəri və kredit-plan şöbəsinin rəisi,

1975-ci ildən 1992-ci ilə qədər isə bankın müdiri olub.

1992 – 1998-ci illərdə Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankının Şəki şöbəsində baş mütəxəssis, aparıcı iqtisadçı vəzifələrində çalışıb.

İctimai-siyasi aktivliyi

1953-cü ildə Nuxa şəhər Sovetinə deputat seçilib.

Təltif və mükafatları

Vəfatı

24 aprel 2002-ci il tarixdə – 75 yaşında, Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Həsənov İbrahim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 238. — 1.000 nüsx.