Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Məlik Səfərqulu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məlik Səfərqulu
Şəki xanları və xanzadələri.jpg
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür.
Şəki məliyi
aprel 1691 — ən geci 1699
Sələfi Məlik Həsən
Xələfi Məlik Həsən
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri ?
Vəfat tarixi ?
Dini islam, şiə
Atası Məlik Səfiqulu
Uşağı Məhəmmədxan bəy

Məlik Səfərqulu (?–ən geci 1799) — XVII əsrin sonuncu onilliyində Şəki məliyi olmuş şəxs.

Haqqında məlumatlar

1691-ci ildə Şəkinin məlikliyi vəzifəsini öz ixtiyarına keçirməyə çalışmış, nəhayət bu barədə Şah Süleymanın fərmanını əldə etmişdir. Həmin fərmandan görünür ki, Səfərqulu Şəki ölkəsi məlikliyinə özünün layiq olması, o vaxtkı məlik Məlik Həsənin də bu işə razılıq verərək Şəki məlikliyi vəzifəsindən əl çəkməsi haqqında Şəki ölkəsinin bonicə sahibləri və rəiyyətləri adından müəyyən akt düzəltmiş, həmin kollektiv sənədi Şəki ölkəsi hakimi və kələntərinin, habelə Şirvan bəylərbəyi, şəriət icraçısı və şeyxülislamının təsdiqindən keçirmişdir. Sonra həmin kollektiv sənədi Şah Süleymana təqdim etmiş və Şəkiyə məlik təyin olunduğu təqdirdə mərkəzi hökumətin “xasseyi-şərifə” adlanan idarəsinə peşkəş qaydası ilə yüz tümən pul ödəyəcəyinə söz vermişdir. Bununla əlaqədar olaraq, Şah Süleyman fərmanında belə bir şərt qoymuşdur ki, yalnız Şəki ölkəsi rəiyyətlərinin, həmçinin bonicə sahiblərinin altıda dörd hissəsinin Məlik Həsənin məlikliyinə razı olmadığı, Səfərqulunu özlərinə məlik qəbul etdikləri təqdirdə, Məlik Həsən vəzifədən kənar edilsin və Səfərqulu Şəki ölkəsinin məliyi təyin olunsun. Şah Sultan Hüseynin hicri 1113-cu ilin rəbiüləvvəl ayı (avqust/sentyabr, 1701) tarixli fərmanındakı izahatdan məlum olur ki, Şah Süleymanın həmin fərmanı əsasında Səfərqulu Şəki ölkəsi və onun tabeliyində olan məntəqələrin məliyi təyin edilmiş, ömrünün sonunadək həmin vəzifədə qalmışdır.

Məlik Səfərqulunun hansı ildə vəfat etməsi isə məlum deyil. Yalnız məlumdur ki, onun vəfat etməsindən sonra əvvəlki məlik Məlik Həsən yenidən Şəkiyə məlik təyin edilmiş, lakin 21 mart 1701-ci il tarixdə həmin vəzifədən azad olunaraq həbs edilmiş, yerinə isə Məlik Səfərqulunun oğlu Məhəmmədxan bəy təyin edilmişdir[1].

İstinadlar

Ədəbiyyat

  1. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı:  150. — Səh.: 108-112. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.

Həmçinin, bax:

Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)

 
 
 
 
 
 
 
kişi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
kişi
 
 
 
 
 
kişi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Davud bəy
(?–1661/1662)
 
Məlik Səfiqulu
 
Əvəz bəy
 
Baydar bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmmədbağır
 
Məlik Səfərqulu
(?– ən geci 1699)
 
Allahverdi bəy
 
qadın
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmmədxan bəy
 
 
 
 
 
Allahqulu bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlimərdan bəy
(?–1737)
 
Məlik Nəcəfqulu
(?–1743)
 
kişi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məlik Cəfər