Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"İsa xan" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 36: Sətir 36:
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==
[[Fayl:Levan of Kakheti, Philotheou fresco.jpg|200px|thumb|left|İsa xanın atası {{link-interwiki|az=Levan|az_mətn=Levan |başqa_dil=ru|başqa_dildə_başlıq=Леван (царь Кахетии)}} (1504—1574). 1518 – 1574-ci illərdə Kaxetiya çarı olmuşdur.]]
+
[[Fayl:Levan of Kakheti, Philotheou fresco.jpg|200px|thumb|left|İsa xanın atası {{link-interwiki|az=Levan|az_mətn=Levan |başqa_dil=ru|başqa_dildə_başlıq=Леван (царь Кахетии)}} (1504—1574). 1518 – 1574-ci illərdə Kaxetiyanın çarı olmuşdur.]]
 
1553-cü ildən Səfəvi sarayında girov saxlanılmışdı. Bir mənbədə göstərilir ki,  
 
1553-cü ildən Səfəvi sarayında girov saxlanılmışdı. Bir mənbədə göstərilir ki,  
  

14:23, 24 aprel 2023 versiyası

İsa xan
(İsa xan Gürcü)
Osmanlı-Səfəvi müharibələri (1514-1590).JPG
Osmanlı-Səfəvi müharibələri (1514-1590).
Şəki hakimi
(Səfəvilər dövlətinin Şəkidəki canişini)
+1578 — -1580
Şəxsi məlumatlar
Vəfat tarixi 1580(1580-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Atası Levon

İsa xan (?–1580) — 1578-ci ildən sonra qısa bir müddət ərzində Səfəvilər dövlətinin Şəkidəki canişini (Şəki hakimi) olmuş şəxs. Kaxetiya çarı Levanın(ru) (1504—1574) oğlu idi.

Haqqında məlumatlar

İsa xanın atası Levan(ru) (1504—1574). 1518 – 1574-ci illərdə Kaxetiyanın çarı olmuşdur.

1553-cü ildən Səfəvi sarayında girov saxlanılmışdı. Bir mənbədə göstərilir ki,

12 fevral 1560-cı il tarixdə islam dinini qəbul etmiş[1],

25 dekabr 1562-ci il tarixdə həbs edilmiş,

11 yanvar 1563-cü il tarixdə Ələmut qalasına göndərilmişdir[2]. Digər mənbədə isə qeyd edilir ki o, aznaurlar ilə şərab içirmiş və donuz ətindən kabab yeyirmiş. Onun yaxın adamları bunu Şah Təhmasibə xəbər veriblərmiş və şaha xəbərdarlıq ediblərmiş ki, o, qaçmaq fikrindədir. 23 dekabr 1562-ci il tarixdə həbs edilərkən isə atının nalında xaç və büt surəti olubmuş[3].

1576-cı ildə II Şah İsmayılın hakimiyyətə gəlməsindən sonra həbsdən azad edilib.

22 avqust 1576-ci il tarixdə Qəzvində II Şah İsmayılın taxta çıxma mərasimində iştirak edib[4].

1578-ci ildə taxta çıxan Məhəmməd Xudabəndə onu Şah Təhmasibin qardaşı Sam mirzənin qızı ilə evləndirdikdən sonra Şəkiyə hakim təyin edib[5]. Elə həmin ildə Lələ paşanın başçılığı altında Osmanlı ordusu Cənubi Qafqaza daxil olub və İsa xan özünün kiçik qardaşı Əli xanla birlikdə Şəki vilayəti ordusunun Osmanlılara qarşı mübarizəsinə rəhbərlik etməyə başlayıb. Lakin İsa xanın Gürcüstandakı böyük qardaşı Aleksandr həmin dövrdə Səfəvilərlə əlaqəni kəsmiş, xərac verməkdən boyun qaçırmış və Osmanlıların tərəfinə keçmişdi. Buna görə Səfəvi ordusu Ağsu çayının sahilində Osmanlı ordusunu məğlub etdikdən sonra Sultan Məhəmməd Xudabəndənin oğlu Salman mirzə 20 min nəfərlik ordu ilə Tiflisə hücum etdi. Aleksandr belə ağır vəziyyətdə hiylə işlədərək bir tərəfdən Salman mirzəyə 5 min tümən nağd pul verməklə Səfəvi hökmdarını razı saldı, digər tərəfdən isə qardaşı İsa xanın Gürcüstanda qalması haqqında ondan razılıq alaraq qardaşını Şəki hakimliyindən kənarlaşdırdı[6].

Vəfatı

İsgəndər bəy Münşinin “Tarix-i aləmara-yi Abbasi” əsərində verilən məlumatdan məlum olur ki, İsa xan 1580-cı ildə Gürcüstanda öz böyük qardaşının göstərişi ilə gizlincə öldürülmüşdür[7][6].

İstinadlar

Ədəbiyyat

  1. Musəvi T. Şəkinin Ortta əsrlər tarixi haqqında // Nəbiyev N. (redaktor mavini) Şəki fəhləsi : qəzet. — Nuxa: Şəki mətbəəsi, 1969. — В. 1 iyul. — № 76 (7.411). — Səh. 4.
  2. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Qoyun ilində (mart 1559 – mart 1560) // Təkmilətül-əxbar. — Bakı: Elm, 1996. — Səhifələrin sayı:  196. — Səh.: 113. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
    Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. İt ilində (mart 1562 — mart 1563) // Təkmilətül-əxbar. — Bakı: Elm, 1996. — Səhifələrin sayı:  196. — Səh.: 116. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
    Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Ədəbiyyat. izahlar və qeydlər // Təkmilətül-əxbar. — Bakı: Elm, 1996. — Səhifələrin sayı:  196. — Səh.: 189. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
  3. İsgəndər bəy Münşi Türkman. İsmayıl mirzənin İran taxtına əyləşməsi və onun hakimiyyəti zamanında baş vermiş hadisələr haqqında // Tarix-i aləmara-yi Abbasi. — Bakı: Təhsil, 2009. — I  cild. — Səhifələrin sayı:  790. — Səh.: 420. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
    İsgəndər bəy Münşi Türkman. Sultan Məhəmməd padşah Xudabəndə cənablarının hakimiyyətə gəlməsinin, İran səltənətinin və hökmranlığının taxtına əyləşməsinin və onun hakimiyyəti əyyamında hər il baş vermiş hadisələrin şərhi haqqında // Tarix-i aləmara-yi Abbasi. — Bakı: Təhsil, 2009. — I  cild. — Səhifələrin sayı:  790. — Səh.: 456. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
    İsgəndər bəy Münşi Türkman. Azərbaycan və Şirvan hadisələrinə və Qazi Gəray xan Tatarın səxavətli tanrının təqdiri ilə Zəfər nişanəli qazilərin əlində əsir olmasına dair söhbət // Tarix-i aləmara-yi Abbasi. — Bakı: Təhsil, 2009. — I  cild. — Səhifələrin sayı:  790. — Səh.: 535-536. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.