Şəki Ensiklopediyası:Layihə haqqında

Şəki Ensiklopediyası səhifəsi
(Şəki Ensiklopediyası səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Şəki Ensiklopediyası
Loqo.png
Şəki Ensiklopediyasının loqosu.

Yaranma tarixi 2019
Rəsmi dili azərbaycan
Fəaliyyət göstərdiyi yer internet
Qurucusu Aydın Məmmədov
https://shaki.info/

Şəki Ensiklopediyası Şəkiyə dair azərbaycanca interaktiv bir veb-ensiklopediya və hər kəs tərəfindən redaktə edilə bilən açıq bir viki-saytdır. Burada hamı ensiklopediklik meyarlarını və daxili üslubu gözləməklə Şəki ilə bağlı məqalə yarada, yaxud mövcud olan məqaləni redaktə edə bilər.

Hal-hazırda − 22 sentyabr 2023-cü il tarixdə, UTC vaxtı ilə saat 23:47 radələrində, Şəki Ensiklopediyasında cəmi 1.195 məqalə var ki, bunlardan da yalnız 1.119 məqalə “Yoxlanılmış məqalə” (“YM”) statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. Yerdə qalan məqalələrdə “YM” statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopediklik tələblərinə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələrin ensiklopedikləşdirməyə çalışırıq. Nəzərə alın ki, bu sayt 8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş (25.05.2019-cu il tarixdə yaradılmışdı), 26 mart 2021-ci il tarixdən isə www.shaki.info domenində fəaliyyət göstərməyə başlamışdır.

Hörmətlə, Aydın Məmmədov,

Şəki Ensiklopediyasının sahibi və baş redaktoru.

E-mail: admin@shaki.info.

Tel.: +994 55 793 23 83.

Maliyyə dəstəyi Facebook qrupumuz Facebook səhifəmiz

Bildirişlər[HTML redaktə]

Şəki Ensiklopediyasının tarixinə dair videolar[HTML redaktə]

Həmçinin, bax:[HTML redaktə]

Ziyarətçi sayı, aybaay