Ana səhifə
Təqvimin bu günü — dekabrın 20-si

Tanınmış maarif xadimi, pedaqoq-alim, yazıçı və tərcüməçi, Nuxa Pedaqoji Texnikumunun ilk direktoru Rəcəb Əfəndizadə (1893–1956) 20 dekabr 1956-cı il tarixdə, 63 yaşında Bakıda vəfat edib.
Səlim xan

Səlim xan (?–1826) — 1795 – 1797 və 1805 – 1806-cı illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu xanlığın ərazisindən qovmuş, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Osmanlı dövlətinin Bağdadakı...
Bilirsinizmi?

- 14 noyabr 2025-ci il tarixdə “Şəki Ensiklopediyası” elmi-ensiklopedik jurnalının ikinci nömrəsi çapdan çıxıb.

- 14 noyabr 2025-ci il tarixdə hüquq elmləri üzrə fəlsəfə doktoru və baş ədliyyə müşaviri İlham Abbasov – 76 yaşında, Bakıda vəfat edib. O, Uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutmuşdu və 2017-ci ildən təqaüddə idi.

- 5 noyabr 2025-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə və Azərbaycan elminin inkişafında xidmətlərinə görə fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dosenti, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü “Tərəqqi” medalı ilə təltif olunub.

- 25 oktyabr 2025-ci il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərinin icrası həmin idarənin sektor müdiri, 2-ci dərəcəli dövlət qulluqçusu Ülkər Mahmudovaya həvalə edilib.

- 25 oktyabr 2025-ci il tarixdə “Oğuz xəbərləri” qəzetinin birinci nömrəsi 500 tirajla “Son Dakika” mətbəəsində çap olunub.
- 26 setyabr 2025-ci il tarixdə “Şəki Ensiklopediyası” MMC-nin “Oğuz xəbərləri” qəzeti çap mediası redaksiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib.

- 21 sentyabr 2025-ci il tarixdə Azərbaycan HHQ-nin əməkdaşı, aviasiya polkovniki Elman Abdulrəhimov – 47 yaşında, uzun sürən onkoloji xəstəlikdən sonra Bakıda vəfat edib. Vəsiyyətinə uyğun olaraq Şəkidə Səyyarə qəbiristanlığında dəfn olunub.

- 30 avqust 2025-ci il tarixdə — Şəkidəki “Yurd yaddaşı” miniatür muzeyində görkəmli geoloq alim Çingiz Xəlifəzadəyə həsr olunmuş “Geologiya elminin zirvəsində” kitabının ilk təqdimatı baş tutub. Təqdimatda 94 yaşlı Çingiz Xəlifəzadə özü də iştirak edib.

- 25 iyul 2025-ci il tarixdə Aydın Məmmədov bölgələrdə medianın bir sıra problemlərinə diqqət yetirilmədiyi üçün üç gün əvvəl təltif olunduğu Azərbaycan Jurnalistlər Birliyinin və Mahmud Kaşqari adına Beynəlxalq Fondun fəxri fərmanlarından və sonuncunun döş nişanından imtina edib. Mükafatları ona 22 iyulda – Azərbaycan milli mətbuatının 150 illik yubileyi günündə, Cavanşir Feyziyev təqdim etmişdi.
- 22 iyul 2025-ci il tarixdə Aydın Məmmədov Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və Şəki – Zaqatala RTİ-nin və ETİHİ Şəki Rayon Komitəsinin Təşəkkürnaməsi ilə təltif olunub.
