Şəki Ensiklopediyası:Müəlliflik hüququ
Hal-hazırda − 9 dekabr 2023-cü il tarixdə, UTC vaxtı ilə saat 05:53 radələrində, Şəki Ensiklopediyasında cəmi 1.218 məqalə var ki, bunlardan da yalnız 1.143 məqalə “Yoxlanılmış məqalə” (“YM”) statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. Yerdə qalan məqalələrdə “YM” statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopedik tələblərə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələrin ensiklopedikləşdirməyə çalışırıq.
Həmçinin, bax: Layihə haqqında.